Əsas Səhifə > Hadisə, Manşet > "156 evakuasiya" vətəndaşa 30 min ziyan vurdu...

"156 evakuasiya" vətəndaşa 30 min ziyan vurdu...


31-05-2021, 09:42
"156 evakuasiya" vətəndaşa 30 min ziyan vurdu...
DİA.AZ: - "Şikayətimiz 156 evakuasiya.az şirkətindəndir. Heç də ucuz olmayan Harley Davidson motosikletini evakuatordan aşırıblar. Çox ciddi xəsarəti var. Ziyanı ödəməkdən min-bir bəhanə ilə boyun qaçırırlar". DİA.AZ bildirir ki, bu barədə şikayətlərində Ayxan Əhmədovla Orxan rəhmanlı "Müştəriyəm Şikayətim Var" qrupunda qeyd edirlər.

"156 evakuasiya" vətəndaşa 30 min ziyan vurdu...

Daha sonra narazı vətəndaşlar yazırlar: ""HARLEY DAVIDSON İRON 883 markalı motosiklımı daşınarkən aşırdıblar. Qaydaları pozmanın nəticəsində baş verib hadisə. Sürücü sürətli sürüb mənim malımı bir sözlə məhv edib. Salon qiymətin hal-hazırda 29300 manatdır. Sığorta gəlmir, ofis mənə fırıldaq edir, maddi mənəvi bir sözlə hər növ ziyan yetirməyə hələ də davam edirlər. Yaxın-uzaq hər bir kəsdən bunu paylmasını xahiş edirəm. 3 Aydır detal sifariş etmişdim onu gözləyirdim. Bütün həvəsimi heçnə etdilər.

"156 evakuasiya" vətəndaşa 30 min ziyan vurdu...

Çəkisi 263 kilo olan bir texnika aşarsa nə hala düşər özünüz təsəvvür edin. Çəkisi kifayətdir ki, daxili sistemini də məhv etsin, düşünün. Hələ də maraqlanmaq bilmirlər. Ancaq 5-10 deyib zaman udurlar. Sığortaları isə yoxdur. Yalandan hər yerdə sığortalı daşınma yazmaqlarına aldanmayın mənim kimi..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Geri qayıt