Əsas Səhifə > Hadisə, Manşet > Azərbaycanlı ailə ABŞ hökumətinə qarşı 7 milyon dollarlıq dələduzluq edib

Azərbaycanlı ailə ABŞ hökumətinə qarşı 7 milyon dollarlıq dələduzluq edib


23-03-2021, 11:00
Azərbaycanlı ailə ABŞ hökumətinə qarşı 7 milyon dollarlıq dələduzluq edib
Azərbaycanlı ailə dələduzluq yolu ilə ABŞ hökumətindən 7,4 milyon dollar alıb.

Yeniavaz.com ABŞ mətbuatına istinadla xəbər verir ki, hadisə Ohayo əyalətində baş verib. Belə ki, Kələntərovlar ailəsi ABŞ hökumətinin koronavirus pandemiyası səbəbilə fermerlər üçün nəzərdə tutduğu güzəştli kreditlərdən faydalanmaq üçün, saxta yollarla onlarla yaşayış yerini əkinçilik ərazisi kimi göstərərək 7 milyon 447,4 min dollar məbləğində yardım alıblar. Bu müddətdə sözügedən ailə kreditləri almaq üçün 53 dəfə aidiyyatı qurumlara müraciət edib.

Altı ailə üzvündən ikisi - Aydın Kələntərov və Günay Kələntərli yanvar ayının 25-də Kaliforniyada həbs olunub.

Ohayo prokurorluğundan bildirilib ki, ailənin digər üzvləri Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli və Kandi Rodriqez də pandemiya səbəbilə dəstək verən Kiçik Ticarət İdarəsinə qarşı etdikləri dələduzluğa görə müvafiq maddələrlə ittiham olunurlar.

Hazırda istintaq gedir və Ohayo hüquq-mühafizə orqanları Kələntərovlar ailəsinin dələduzluq yolu ilə ələ keçirdikləri vəsaiti bərpa etməyə çalışır.



Geri qayıt