Əsas Səhifə > Hadisə, Manşet > Ağdamın icra başçısı da narahatdır...

Ağdamın icra başçısı da narahatdır...


8-05-2020, 11:07
Ağdamın icra başçısı da narahatdır...
DİA.AZ: - Ağdamın icra başçısı Vaqif Həsənovun da durumu ürəkaçan deyil. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələrdən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, rayondan artan şikayətlər nəhayətdə müvafiq dövlət qurumlarını bu rayonla bağlı araşdırmaların aparılması qərarına gətirib.

Mənbənin dia.az-a söylədikləri: "Demirik ki, DTX Ağdamda da anoloji əməliyyatlardan birini keçirə bilər. Amma hazırki durumda Vaqif Həsənovla bağlı "yuxarılarda" olduqca neqativ qənaət mövcuddur və bu da yekunda hansısa cəza tədbiri ilə nəticələnə bilər".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt