Əsas Səhifə > Hadisə, Manşet > İcra başçıları ilə bağlı dəyişikliklərə start verilir

İcra başçıları ilə bağlı dəyişikliklərə start verilir


20-04-2020, 11:03
İcra başçıları ilə bağlı dəyişikliklərə start verilir
DİA.AZ: - Son parlament seçkiləri ərəfəsində kadr islahatları nisbətən səngidi. Ardından da koronavirus pandemiyası dövlət işlərini nisbi də olsa, arxa plana keçirmiş oldu. Amma yenidən dəyişikliklərə start verilir. Bu barədə DİA.AZ-a hökumətdəki mənbə məlumat verib.

Xəbəri verən qaynaq iddia edir ki, bu həftədən rayon icra hakimiyyəti başçılarının dəyişdirilməsinə yenidən start veriləcək.

Mənbə dia.az-a açıqlamasında iddia edir ki, bu gün konkret olaraq bir rayonun rəhbəri ilə bağlı qərar verilə bilər.

Qeyd edək ki, həmin RİH başçısının kimliyi redaksiyamıza məlum olsa da, müəyyən dəqiqləşdirmələrdən sonra təfsilatlı məlumatı diqqətinizə çatdıracağıq.

Bizi izləməkdə davam edin...

Geri qayıt