Əsas Səhifə > Hadisə, Manşet > Səbailə kimi gətirirlər?

Səbailə kimi gətirirlər?


14-08-2018, 10:57
Səbailə kimi gətirirlər?
DİA.AZ: - Daha bir rayonda rəhbər dəyişikliyi gözlənilir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə məlumat verib.

Xəbəri verən qaynağın iddialarına görə, yaxın vaxtlarda hazırda Saatlıya rəhbərlik edən Siraqəddin Cabbarov vəzifəsindən azad olunacaq. Mənbə dia.az-a bildirir ki, artıq bu barədə müzakiərələr gedir.

Qeyd edək ki, 10 ildir ki, Saatlıya başçılıq edən Cabbarov Siraqəddin Nəcəf oğlu - 15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olmuşdur. 1981-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. İxtisasca mühəndis-mexanikdir.

Əmək fəaliyyətinə 1981-ci ildə Bakı Metaləritmə zavodunda mühəndis-texnoloq kimi başlamış və 1992-ci ilə kimi həmin zavodda komsomol komitəsinin katibi, baş metallurqun müavini, zavod idarəetmə xəttinin rəisi və zavod həmkərlar komitəsinin sədri kimi vəzifələrdə çalışıb.

28 avqust 1992-ci ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və başçının müavini vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2008-ci il tarixli 2776 №-li Sərəncamı ilə Saatlı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Beş övladı var.

Dia.az-a danışan mənbə bildirir ki, Siraqəddin Cabbarovun Bakı rayonlarından birinə - "bəlkə də Səbail rayonuna" rəhbər təyin olunacağı haqda da xəbərlər dolaşır.

Geri qayıt