Əsas Səhifə > Hadisə, Manşet > "Məhsulun 1 aya yaxındır istifadə müddəti bitsə də..."

"Məhsulun 1 aya yaxındır istifadə müddəti bitsə də..."


16-07-2018, 12:34
"Məhsulun 1 aya yaxındır istifadə müddəti bitsə də..."
Paytaxtın Tbilisi prospektində yerləşən “Neptun” supermarketində istifadə müddəti bitmiş ərzaqlar satılır.

Bu barədə Qaynarinfo-ya mağazanın müştərilərindən biri məlumat verib. O, bu gün supermarketdən “Oreo” firmasının peçenyesini aldığını, lakin sonradan istifadə müddətinin bitdiyini görüb:

"Məhsulun 1 aya yaxındır istifadə müddəti bitsə də..."

“Məhsulun 1 aya yaxındır istifadə müddəti bitsə də, hələ də vitrində satılır. Xahiş edirəm məsələni işıqlandırın ki, insanlar məhsul alarkən daha diqqətli olsunlar”, – deyə müştəri qeyd edib.

Geri qayıt