Əsas Səhifə > Hadisə, Manşet > "Kəndlərdə yolsuzluqdan əziyyət çəkirlər..."

"Kəndlərdə yolsuzluqdan əziyyət çəkirlər..."


20-12-2017, 13:30
"Kəndlərdə yolsuzluqdan əziyyət çəkirlər..."
Zərdab rayon sakinləri tərəfindən AzEuroNews.com-a göndərilən şikayət məktubunda prezident İlham Əliyevdən kömək istənilir.

Onların sözlərinə görə, icra başçısı Lütvəli Babayevin məqsədi şəxsi maraqlarını təmin etməkdir:

“Nəticə isə göz qarşısındadır. Zərdab şəhəri zibilliklərə qərq olub, yollar dağılıb, rayon xarabalığa bənzəyir. Kəndlərdə həmçinin yolsuzluqdan əziyyət çəkirlər.

Lütvəli Babayev indidə uşaq bağçalarına əl atıb. Artıq bir aydır ki, Zərdab rayon ərazisindəki uşaq bağçalarına yemək verilmir. Valideyinlər uşaqlarını bağçaya aparanda yeməyi də özləri ilə aparırlar.

Ancaq bağçalarda divara vurulan cədvəldə yalandan hər gün uşaqlara yemək verildiyi yazılıb.

Zərdab Rayon İcra Hakimiyyəti başçısı Lütvəli Babayev
Zərdab Rayon İcra Hakimiyyəti başçısı Lütvəli Babayev
Lütvəli Babayev tapşırıq verib ki, nəyin bahasına olur-olsun pambıq planının əvəzinə pul ödəməliyik.

Bu il Zərdab rayonu Lütvəli Babayevin səriştəsizliyinə görə pambıq planını verə bilmədi.

Sahələrdə tonlarla pambıq itib-batdı, tələf oldu, yığılmadı. İndi Lütvəli Babayev Ucar pambıqtəmizləmə zavodu ilə danışıq aparıb pul gücünə saxta plan vermə həyata keçirmək istəyir.

Bütün bələdiyyə sədrləri, icra nümayəndələri, idarə müdirləri və sahibkarlardan pul toplanılır.

Hətta utanmaz-utanmaz uşaq bağçasının ərzağını da dayandırıb pulu pambıq almağa sərf edir.

Prezident cənab İlham Əliyevdən xahiş edirik, anormal hərəkətləri ilə insanlara zülm, əziyyət verən Zərdab rayon icra başçısı Lütvəli Babayevin barəsində tədbir görəsiniz”.

İmza; Zərdab rayon sakinləri

Yaqubov Cavanşıir Aslan oğlu
Umudova Firuzə Kamil qızı
Dadaşov Feyruz Sabir oğlu
Alıyeva Solmaz Oruc qızı
Rəfiyev Bahadur Həsən oğlu
Məmmədov Tahir Qadir oğlu
7. Kərimova Sona Şəmsəddin qızı
Səmədova Asudə Əliyar qızı

Geri qayıt