Əsas Səhifə > Hadisə, Manşet > Saleh Məmmədova qarşı danışan FAKTLAR...

Saleh Məmmədova qarşı danışan FAKTLAR...


20-11-2017, 10:21
Saleh Məmmədova qarşı danışan FAKTLAR...
Ötən ilin sentyabrında prezident Xudat – Yalama – Zuxuloba yolunun açılışını etdi. Yolun uzunluğu 24 kilometrdir.

Bu yol 18 məntəqəni birləşdirir və 28 min nəfərin gediş-gəlişini asanlaşdırmalıdır.

Amma məlum olur ki, “Azəravtoyol” ASC yolun tikintisi və genişləndirilməsində ciddi əyər-əskiyə yol verib.

Saleh Məmmədova qarşı danışan FAKTLAR...
Saleh Məmmədova qarşı danışan FAKTLAR...

Rəsmi sənədlərdə qeyd olunur ki, asfaltbeton örtük 2 laydan ibarət qalınlığı 12 santimetrdir, eni isə 7.50 sm-dir.

Amma araşdırmalar və sadə bir ölçmə zamanı örtük layın qalınlığının 12 nədir, heç 5 sm olmadığı üzə çıxıb.

Yolun eninə gəlincə, 7.50 sm olmalıdır, amma 7 sm-dir. Hərəkət zolağı 3.75 olmalıdır, 3.50-dir. Bu da ciddi korrupsiya və maxinasiya əməliyyatı şübhələri yaradır.

Saleh Məmmədova qarşı danışan FAKTLAR...

Bu layihənin mühəndisi Xaçmazdakı 4 saylı Yol İstismarı İdarəsi MMC müdiri İsgəndər Hacıyev olub.

Hər halda İ.Hacıyev ASC rəhbəri Saleh Məmmədovdan icazəsiz yol yeyintisinə yol verməz. Çünki ASC tərəfindən yolun tikintisi aparılıb və nəzarət olunub.

Ona görə də “Azəravtoyol” ASC rəhbərliyinin açılış mərasimində prezidentə yalan məlumat verməsi sözügedən yolun tikintisinə ayrılan vəsaitlərin xərclənməsini araşdırma zərurəti yaradır.

Saleh Məmmədova qarşı danışan FAKTLAR...

Qeyd edək ki, Xudat – Yalama – Zuxuloba yolunun tikintisi üçün prezidentin ehtiyat fondundan “Azəravtoyol” ASC-yə 5,2 milyon manat ayrılmışdı. Bu vəsaitə çəkilən yolda nə qədər yeyinti olduğunu müəyyən etmək çətin deyil.

Yeri gəlmişkən, Xaçmaz-Xudat yolu və hər iki bölgənin mərkəzi yolları da bərbad vəziyyətdədir.

Xaçmazın və Xudatın mərkəzi küçələrindən keçmək üçün yaxşı şahmat və dama oyunçusu olmaq lazımdır.

İskəndər Hacıyev isə bu həqiqətləri ya bilmir, ya da bilmək istəmir. Rayon sakinləri də bilmirlər ki, Xaçmazda Yol İstismar İdarəsi varmı, yoxmu?

Hələ kənd yollarını, ucqar kəndlərin asfaltını nəzərdə tutmuruq. Sadəcə, Xaçmaza və Xudata ayaq basın və şahidi olun…

O ki qaldı Xudat – Yalama – Zuxuloba yoluna, belə yeyintidən sonra yol da qısa müddətdə yeyilib istismar olunacaq…
\\azeuronews.com\\
Geri qayıt