Əsas Səhifə > Hadisə, Manşet > Yasamalın icra başçısı postuna daha bir iddialı

Yasamalın icra başçısı postuna daha bir iddialı


31-08-2017, 08:57
Yasamalın icra başçısı postuna daha bir iddialı
Vətəninfo.Az xəbər verir ki, ölkə prezidnetinin sərəncamı ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsini itirdikdən sonra, Yasamal RİH-nin başçısı olmaq uğrunda mübarizə başlyıb.Metroplotenin sabiq rəisi, hazırda Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov daxil olmaqla bir neçə şəxsin İHB-sı postu uğrunda mübarizə apardıqları haqqında mediada məlumatlar yayılmasına baxmayaraq,bu posta kimin təyin olunacağı hələlik sual olaraq qalmaqdadır.
Redaksiyamıza daxil olan məlumata görə, Yasamal RİH-nin başçısı ilə bağlı namizədlər bəllidi və hazırda namizədlərin adının olduğu qovluq Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənovun masası üzərindədir.Məlumata görə,Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Yasamal rayon İH-nin başçısının kimin olması ilə bağlı rəy hazırladıqdan sonra,həmin namizəd ölkə prezidnetinə təqdim ediləcək.Azərbaycan Respublikasının Prezidneti İlham Əliyevin İH-nin baçısının kimin olacağı ilə bğalı namizədliyi irəli sürülən namizədlərlə bağlı Birinci Vitse-prezindetin rəyini diqqətə almaqla həmin şəxslə bağlı sərəncam imzalanacaq.
Daxil olan məlumata görə, Yasamal rayon İH-nin başçısı postuna hazırda Azərbaycan parlamentinin millət vəkillərindən birinin də ola biləcəyi ehtimal olunur.Bu millət vəkilinin kim olduğu haqqında isə mənbə məlumat verməyib.

Geri qayıt