Əsas Səhifə > Hadisə > "MƏNİ NÖMRƏSİZ MAŞINLARLA TƏQİB EDİRLƏR"

"MƏNİ NÖMRƏSİZ MAŞINLARLA TƏQİB EDİRLƏR"


6-02-2013, 14:27
"MƏNİ NÖMRƏSİZ MAŞINLARLA TƏQİB EDİRLƏR"
"TELEFONLARIM DİNLƏNİLİR"

Çərşənbə günü İsmayıllı rayonunun Hacıhəsənli kəndinin 6 sakini İsmayıllı prokurorluğuna aparılaraq dindirilib. Bu barədə Turan-a “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllı məlumat verib. Onun sözlərinə görə rayonda ciddi repressiyalar başlayıb. Belə ki, İsmayıllıda başlanmış cinayət işi üzrə inzibatı qaydada həbs edilənlərin və cərimə olunanların sayı 100-dən çoxdur.

E.İsmayıllının qardaşına qarşı özgənin əmlakını qəsdən məhvetmə və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmək ittihamı üzrə qaldırılmış cinayət işinə gəlincə, bölgə müxbiri qardaşının Kürdəxanıda yerləşən istintaq təcridxanasına aparıldığını bildirib. O, qardaşının həbsinin onun peşə fəaliyyəti ilə bağlı olduğunu vurğulayaraq hazırda özünün da izlənildiyini deyib. “Məni nömrəsiz maşınlarla təqib edirlər, telefonlarım dinlənilir”, - o bildirib.

Bundan əlavə, bölgə müxbiri qeyd edib ki, İsmayıllı camaatı Bakıdan hüquq müdafiəçilərinin, beynəlxalq təşkilatın nümayəndələrinin regiona səfərini tələb edib.

Yanvarın 23-də gecə İsmayıllıda kütləvi etiraz aksiyası başlayıb. Aksiyaçılar rayondakı “Çıraq” otelini, bir neçə maşını, icra başçısının həyətindəki bəzi tikililəri yandırıblar. İctimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərdə iştirak etmiş daha 52 nəfər saxlanılıb. Məhkəmə tərəfindən onlardan 23-nə inzibati həbs, 15-nə inzibati cərimə növündə tənbeh tədbirləri tətbiq edilib, 14 nəfər isə xəbərdarlıq edildikdən sonra buraxılıb. İsmayıllı hadisələrinə görə saxlananların sayı rəsmi məlumatlara görə, 14-ə çatıb.

Bununla belə istintaq tərəfindən aparılmış araşdırmalarla o da müəyyən edilib ki, Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu və Real Hərəkatının həmsədri İlqar Məmmədov yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər. -

Geri qayıt