Əsas Səhifə > Hadisə, Manşet > Süleyman Mikayılovdan prezidentə daha bir şikayət

Süleyman Mikayılovdan prezidentə daha bir şikayət


24-05-2017, 09:58
Süleyman Mikayılovdan prezidentə daha bir şikayət
DİA.AZ: - Redaksiyamıza müraciət edən bir qrup sahibkar Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovdan giley etməklə yanaşı, onunla bağlı prezident İlham Əliyevə müraciəöt hazırldaıqlarını da bildiriblər. DİA.AZ-a danışan şikayətçi sahibkarlar iddia edir ki, Süleyman Mikayılov raypn ərazisindəki karxana işlədənlərdən yenidən pul toplamağa başlayıb.

Sahibkarlar dia.az-a yazır: "Hara şikayət ediriksə, xeyri yoxdur. Süleyman Mikayılov açıq şəkildə deyir ki, arxasında Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov dayanıb və o, istəyini edə bilər. Görün, işin harasıdır ki, biz açıq şəkildə ortaya çıxıb, şikayət də edə bilmirik. Çünki etdiyimiz şikayətlərin təsirini görmürük, Kimsə Süleyman Mikayılova hansısa formada təsir etmir. Görünür, Kəmaləddin Heydərov onu yaxşı qoruyur".

Şikayətçilər dia.az-a onu da bildiriblər ki, amma onlar bu ölkənin sahibinin olduğuna tam əmindirlər: "Süleyman Mikayılovdan fərqli olaraq biz hörmətli prezidentimizə, Azərbaycan dğövlətinə güvənirik və inanırıq ki, nəhayətdə bizim canımız "Süleyman Mikayılov" adlı bəladan qurtulacaq".

DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt