Əsas Səhifə > Hadisə, Manşet > Abbas Abbasovun oğlu bə işlə məşğuldur?

Abbas Abbasovun oğlu bə işlə məşğuldur?


22-02-2017, 15:55
Abbas Abbasovun oğlu bə işlə məşğuldur?
DİA.AZ: - Azərbaycan Respublikası baş nazirin sabiq müavini Abbas Abbasovun oğlu, Milli Məclisin eks-deputatı Aydın Abbasov Rusiya Federassiyası, Gürcüstan və Türkiyə Respublikasındakı dostları ilə birgə sonuncu adı çəkilən ölkədə yeni diaspor təşkilatı yaratması ilə bağlı məlumatlar öz təsdiqini tapmaqdadır. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir.

Aydın Abbasov yeni yaradacağı diaspora təşkilatının xaricdə yaşayan müxalif yönlü ictimai fəallar, jurnalistlər və dindarlar tərəfindən dəstəklənəcəyinə əmindir. Bu barədə DİA.AZ-a göndərilən xəbərdə deyilir ki, "Azaqdlıq" qəzetinin redaktoru Qənimət Zahidlə olan dostluğu buna əyani sübutdur. Hər cümə günü İstanbulun müxtəlif məscidlərində camaat namazının qılınması şəkillərini sosial şəbəkələrdə paylaşmaqla dindarların rəğbətini qazanmağa çalışır. Radikal müxalifətdən olan jurnalistlərlə mütəmadi xoş münasibət saxlayan A.Abbasov çəkinmədən onlarla açıq dialoqa girir, hökumətin fəaliyyətini tənqid edir.

Daha sonra dia.az-a yazılan məlumatda qeyd olunur: "Genində düşmən qanı olan birisinin milli mənəvi dəyərlərdən ürək yanğısı ilə danışması absurddur. Azərbaycanın çörəyini yeyib sonradan Azərbaycana qarşı işləyən bu insanların yenidən xalqımızın həssas yanaşdığı məsələlərə münasibət bildirməklə gündəmə gəlmək istəmələri bizə məlum olmayan yeni məkrli planların başlanğıcı ola bilər. Yaxşı olar ki, Aydın Abbasov iki qonşu və qardaş respublikanın münasibətlərinin korlanmasına çalışmaqdansa, öz erməni nənəsinin qohumları ilə birlikdə biznesiləri ilə məşğul olsun və millətimizin hisləri ilə oynamasın".

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt