Əsas Səhifə > Hadisə, Manşet > Övladı ölüm ayağında olan ata Heydər Əliyev Fonduna üz tutdu

Övladı ölüm ayağında olan ata Heydər Əliyev Fonduna üz tutdu


13-02-2017, 08:42
Övladı ölüm ayağında olan ata Heydər Əliyev Fonduna üz tutdu
DİA.AZ: - Mingəçevir şəhəri, Molla Pənah Vaqif küçəsi, ev 14, mənzil 3 ünvanında yaşayan Hüseynov Abdulla Hüseynalı oğlu Azərbaycanın birinci ledisi, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Çox hörmətli Mehriban xanım Əliyeva!

Bu gün bütün Azərbaycan təsadüfi deyil ki, Sizi təkcə millət vəkili kimi, dövlət xadimi kimi yox, həm də bir XEYİRXAH İNSAN kimi tanıyır, Sizin qapınızı ümid yeri kimi görür.

Mən də buna dayanaraq hazırda təcili əməliyyat olunması məsləhət görülən övladıma dəstək verməyiniz üşün Sizə müraciət edirəm.

31.12.2003-cü ildə dünyaya gələn övladım Hüseynli Rəvan Abdulla oğlu “Uşaq serebral iflici – Dandu Walker orqanik fonda” xəstəliyindən əziyyət çəkir.

Hörmətli Mehriban xanım. Bu gün çox şükürlər olsun ki, Azərbaycan səhiyyəsi inkişaf edib və övladıma məsləhət görülən təcili əməliyyat imkanı da Azərbaycanda mövcuddur.

Amma bizim bu bahalı əməliyyata gücümüz çatmadığından Sizdən yardım etməyinizi və övladımın həyatını xilas etməyinizi bir ata kimi xahiş edirəm.

Hörmətli Mehriban xanım. Diqqətinizə çatdırım ki, hazırda övladımın durumu çox ağırdır və onurğa ciyərlərini sıxdığından artıq nəfəs alması belə çətinləşib. Buna görə, əməliyyatın təcili həyata keçirilməsi zərurəti var və ümid edirəm ki, bu gün əzab çəkən övladıma öz balanız kimi yanaşacaq və onun yaşamasına səbəb olacaqsınız.

İnanıram ki, Siz övladımın – bir azərbaycanlı balasının həyatına biganə qalmayacaqsınız".


Geri qayıt