Əsas Səhifə > Hadisə, Manşet > Atletlərimiz prezidentə müraciət edəcəklər...

Atletlərimiz prezidentə müraciət edəcəklər...


6-10-2016, 09:10
Atletlərimiz prezidentə müraciət edəcəklər...
Azərbaycan Atletika Federasiyasındakı problemlər davam edir. Onların problemi ilə bağlı məlumat vermişdik (http://www.dia.az/2/120134-lgnc-200-min-verib-xaricden-idmanchi-getiribler.html)
Yüngül atletlərimiz uzun müddətdir onlara qarşı olan biganəlikdən şikayətçidirlər. Hurriyyet.org-un əldə etdiyi məlumata görə, hətta idmançılarımız maaş üzünə həsrət qalıblar.
Atletlərimiz dəfələrlə federasiya rəhbərinin qəbulund olmağa çalışıb, müraciət ünvanlayıblar. Amma onların problemərinin həllinə əlac edən olmayıb.
Redaksiyamıza daxill olan məlumata görə, Azərbaycan Atletika Federasiyasının prezidenti atletlərimizin problemi ilə zərrə qədər də maraqlanmır. Hətta onlara “mənim üçün maraqlı deyil, öz başınıza çarə qılın” deyib. Maaşlarla bağlı isə atletlərin suallarını və müraciətini cavabsız qoyub.
İndi idmançılarımızın bir çoxu Türkiyə adına çıxış edən sprinter Ramil Quliyev kimi başqa ölkəyə üz tutmaq niyyətindədrilər. Hətta bəzi idmançılar bu barədə təklif belə alıb.
Atletlərin Hurriyyet.org-a bildirdiyinə görə, yaxın zamanda problemin həllinə çalışmasalar, ölkə başçısına belə məktub ünvanlayacaqlar.

Geri qayıt