Əsas Səhifə > Hadisə, Manşet > Hökumət kadr islahatlarına da start verir

Hökumət kadr islahatlarına da start verir


19-07-2016, 09:35
Hökumət kadr islahatlarına da start verir
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yaxın günlərdə istefaya göndərilə bilər. Bu barədə gundelik-baku.com-a mötəbər mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, son dönəmlər Azərbaycanın mədəniyyət və turizm sektorunda baş qaldıran problemlər, turizm sektorunun canlandırıla bilməməsi yuxarıları bərk narahat etməyə başlayıb. Bu səbəbdən nazirin hədəfə alındığı bildirilir. Qeyd olunur ki, Əbülfəs Qarayevə yaranmış mövcud problemləri tez bir zamanda aradan qaldırmaq tapşırığı verilib. Əgər o bu problemləri həll edə bilməsə, tezliklə görəvindən alınacaq. Nazirin görəvdən alınacağı təqdirdə bu posta kimin təyinat alacağı isə hələlik bilinmir. Məlumat üçün deyək ki, Əbülfəs Qarayev 2006-cı ildən mədəniyyət və turizm naziridir.

Geri qayıt