Əsas Səhifə > Hadisə, Manşet > Əhməd Əhmədzadə büdcə pullarını yeməkdə tam sərbəstdir...

Əhməd Əhmədzadə büdcə pullarını yeməkdə tam sərbəstdir...


14-06-2016, 09:52
Əhməd Əhmədzadə büdcə pullarını yeməkdə tam sərbəstdir...
Müqavilə şərtlərinə görə şirkət ötən illərdə Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsi üçün 1,4 milyon manata yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlər alıb. Gundelik-baku.com-a daxil olan məlumatlara görə, sonradan eyni şərtlərlə "Cavidan-N" MMC-nin hesabına üst-üstə daha 3 milyon manat vəsait keçirilib. Beləliklə, özəl şirkət son 3 il ərzində «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsindən təxminən 5 milyon manat vəsait ala bilib. Bu qədər məbləği hər adama etibar etmək də bilirsiniz ki, çətindi. Belə hallarda Allah saxlasın qohum-əqrəba kara qəlir. «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin prezidenti Əhməd Əhmədzadənin də ki, Qaxda maşallah simsarları az deyil. Səhmdar Cəmiyyətin Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsinin rəisi Tofiq Alışov cənabı da ola bilsin Əhməd müəllimin könlünü xoş eləmək istəyib. Ona görə də idarənin 5 milyon pulunu ötürüb "Cavidan-N" şirkətinə. Qeyd edək ki, "Cavidan-N" MMC ilə Qax rayon mərkəzi xəstəxanası, rayon mədəniyyət və turizm şöbəsi, rayon təhsil şöbəsi, Qax şəhər icra nümayəndəliyi, Qaxın İngiloy ərazi icra nümayəndəliyi və digər subyektlər arasında anlaşmaların ümumi həcmi ayrılıqda milyon manatla ölçülür. Maraqlı bir məqamı da nəzərdən qaçırmaq olmur. Belə ki, necə olubsa, "Cavidan-N" MMC-yə məxsus mühasibatlıq sənədləri - kassa, bank, ƏDV və statistika hesabatları yoxa çıxıb. Bunun nə ilə əlaqədar olduğunu konkret demək çətindir. Hər halda vergi qeydiyyatına götürülmüş şirkətin 21 aylıq fəaliyyətini əks etdirən sənədlərin it-bata salınmasında müəmmalar az deyil. Bu müəmmaların yəqin ki, vergi araşdırmalarına ehtiyacı var. Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt