Əsas Səhifə > Hadisə, Manşet > Poylu Gömrük Məntəqəsi artıq “özəlləşdirilib”...

Poylu Gömrük Məntəqəsi artıq “özəlləşdirilib”...


28-03-2016, 10:53
Poylu Gömrük Məntəqəsi artıq “özəlləşdirilib”...
DİA.AZ: - Azərbaycanda Gömrük Komitəsi yaradılandan burada çalışanlar var. Onların bu sahədə hər işlə məşğul olmaları, rüşvətxorluğu və koorupsionerliyi göz qabağındadır. Sadəcə hər birinin gömrük komitəsində adamı var. Kim inanar ki, həmin şəxslər belə bir sahədə düzgün işləyiblər. Əsla! DİA.AZ-a bununla bağlı göndərilən materialda ilginc iddialar səsələnir.

Məqalədə deyilir: “Yeri gəlmişkən, qeyd etdiyimiz kimi gömrük orqanlarında “dili daş deyənldən” burada işləyənlərdən biri də Tovuz Gömrük İdarəsinin Poylu Gömrük Məntəqəsinin rəisi Surxay Zeynalovdur. Surxay Zeynalov gömrükdə, bəlkə də 20 ildən artıqdır ki, işləyir. Həmişə də əli rüşvətlə oynayıb. Onun aldığı əmək haqqı ilə gəl-götürü tərs münasibət təşkil edir. Var-dövlətdə nail olmadığı heç bir şey qalmayıb. Təəssüflər ki, Surxay Zeynalovun az əmək haqqı ilə gördüyü yüksək səviyyəli işlərin dərinliyinə gedən yoxdur. Qəribə burasıdır ki, əli gömrükdə həmişə rüşvətlə oynayan Surxay Zeynalov 20 ildən artıq işlədiyi vaxtda ona “gözün üstə qaşın var!” deyəni yoxdur. Belə çıxır ki, rəisi olduğu Poylu Gömrük Məntəqəsində onun öz əli, öz başıdır. Yəni “özəlləşdirib”.

Onu da bildiririk ki, Poylu Gömrük Məntəqəsinin düz kəndin ortasında yerləşməsinin özü gülüncdür. Gürcüstanla sərhədə Poyludan 100 kim-ə qədər məsafə qaldığı halda, vətəndaşlar öz topağındaca yoxlanılır. Bu məntəqənin burada olması kənd vətəndaşlarında da “xof” yaradır. Onlar mal-heyvanlarını otarmağa aparanda da Surxay Zeynalovun göstərişlərinə möhtac qalırlar”.

Daha sonra dia.az-a daxil olan məqalədə bildirilir: “Yalnız Surxay Zeynalova mənsub gömrük məntəqəsi bu şəxs üçün elə də “ölü” məntəqə deyil. Qeyd etdiyimiz kimi vaxtı ilə Ağdam rayonundan Qazaxa təşrif buyuran Surxay Zeynalov məntəqənin hesabına elə Qazaxda da məskunlaşıb.

Şəxsi mənafeyini dövlət mənafeyindən üstün tutan Surxay Zeynalov bu gün əsl ağalıq dövrünü yaşayır. Ən bahalı minik avtomobillərini sanki reklama çıxaran Zeynalov qazandığı çirkli pullardan 1 qəpik belə imkansızlar üçün xərcləməyib.

Onunla əlaqədar şəxslər bildirirlər ki, Surxay Zeynalov hər il istirahətini ölkədən xaricdə keçirir. Halbu ki, ölkə başçısı İlham Əliyev Surxay kimi məmurların belə hərəkətlərinə həmişə mənfi reaksiya vermiş, sərt tənqid atəşinə tutmuşdur. Təəssüfləır olsun ki, məmurların çoxu, o cümlədən Surxay Zeynalov kimiləri yenə də öz bildikləri ilə hərəkət edirlər. Həmin şəxsin Prezidentin dediklərinə reaksiyasızlığı onu göstərir ki, Poylu Gömrük Məntəqəsi artıq “özəlləşdirilib””.

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt