Əsas Səhifə > Hadisə, Manşet > Yediyarovu hara qədər qoruyacaq...

Yediyarovu hara qədər qoruyacaq...


18-03-2016, 09:42
Yediyarovu hara qədər qoruyacaq...
DİA.AZ: - Məlum olduğu kimi, bu gün barəsində ən çox şikayətlərin edildiyi rayon icra hakimiyyətləri sırasında Gədəbəy RİH bəlkə də ilk yerdə dayanr. Hər halda görünəni və aparılan monitorinqlərin nəticələri belə deməyə əsas yaradır.

DİA.AZ-a daxil olan məlumatlarda da bu məqam təsdiqlənir və bilgili qaynaq redaksiyamıza informasiya verərək qeyd edir ki, əslində dəfələrlə ayrı-ayrı şikayətlər üzrə Gədəbəy RİH-in fəaliyyətinin təftiş olunması üşün təşəbbüslər ortaya çıxsa da, qərarlar verilsə də, bunun qarşısı ciddi-cəhdlə alınıb.

Mənbə dia.az-a bildirir ki, hazırda maliyyə nazirinin müavini postunu tutan Aər Bayramov bu gün Gədəbəy RİH başçısının himayədarı kimi çıxış edir. Mənbənin söylədikləri:

Yediyarovu hara qədər qoruyacaq...

"Bu faktdır. Bu gün Bakıda Gədəbəylə bağlı hansısa qərarın verilməsi sanki imkansıza çevrilib. Azər Bayramov bütün proseslərə dərhal müdaxilə edir. Təbii ki, bunun da bir sonu olmalıdır. Əks halda Gədəbəydə Ramiz Yediyarovun yaratdığı bataqlıq elə Bayramovu da özünə çəkəcək".

Mənbə bildirir ki, artıq Bayramovun Gədəbəy himayədarlığı yuxarı dairələr üçün müzakirə predmetinə çevrilib.

Bütün iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt