"Bank Technique"in "Xəzər" filialında vətəndaşlar niyə incidilir? - Haqqı tapdanan var...
Tarix: 3-11-2014, 12:40 | Çap et
Rəsmi məlumatlara görə, 2014-cü ilin geridə qalan dövrü ərzində ölkədə fəaliyyət göstərən banklar tərəfindən 16 milyard manatdan çox kreditləşmə həyata keçirilib. Bunun 41 faizini istehlak kreditlərinin təşkil etdiyi deyilir. Bu isə o deməkdir ki, ölkə əhalisinin xeyli hissəsinin banklara borcu var. Əhalinin borclanma faizinin artdığı zamanda bankların şərtlərinin yüngülləşdirilməsi deyil, bunun əksi müşahidə olunur.
Qeyd edək ki, bank sektorunda inhisarçı mövqe tutan bəzi bankların faizləri nə Mərkəzi Bankın uçot stavkasına, nə də əmanətlər üzrə sığorta faizlərinə uyğun gəlir. Həmin banklar öz bildikləri qaydada kredit siyasətini həyata keçirərək vətəndaşları özlərindən asılı hala salırlar. Yekunda bir sıra bankların fəaliyyətindən şikayətlər çoxalır. Şirvan sakini Əliyev Camal Qurbanəli oğlu dünən şikayət ərizəsi ilə redaksiyamıza müraciət edərək "Bank Technique"in "Xəzər" filialında üzləşdiyi qanunsuzluqlar haqqında məlumat verdi. Şikayətçi deyir ki, 2011-ci ildə Bakıda yerləşən "Okean" avtosalonundan 90-LS-726 dövlət nömrə nişanlı "Kia Sportage" markalı avtomobil alıb: "Maşını nağd qiymətə 32 min dollara almışdım. Sonradan bəzi işlərimlə bağlı mənə pul lazım oldu. Qərara gəldim ki, maşını banka qoyub kreditə pul götürüm. Müxtəlif tanışlarımın vasitəçiliyi ilə "Bank Technique"in "Xəzər" filialına gəldim. Burda kredit şöbəsinin müdiri İlqar müəllimlə görüşdüm. Şöbə müdiri dedi ki, maşına görə bankdan 16500 dollar pul çıxarmaq mümkündür. Onun təklifi ilə razılaşdım və 2013-cü ilin may ayının 5-də bankdan pulu götürdüm. İlqar müəllim 16500 dolların 2 min dollarını "şapka" olaraq özünə götürdü, yerdə qalan pulu isə mənə verdi. Maşın qohumumun adına olsa da, şöbə müdiri bütün sənədləri mənə imzalatdırdı. Sənədləşmə başa çatandan sonra kredit şöbəsinin müdiri öz otağındakı şkafdan mənə hamısı 50 dollarlıq əskinaz olmaqla 14500 dollar pul verdi. Yəni pul kassadan verilmədi. Ayda 490 manat ödəyirdim. Təxminən, bir ildən çox ödədim, amma sonradan bəzi şəxsi problemlərim oldu və gecikməyə yol verdim. İlqar müəllim isə demişdi ki, əgər ödəmədə hansısa problem yaransa mən sənə kömək edəcəm. Gecikmə etdiyim üçün günlərin birində bankın Pərviz adlı işçisi mənə zəng vurub dedi ki, banka gəl görüşək. Bankda Pərvizlə görüşümüz oldu. O qayıtdı ki, görürəm ödəmədə çətinlik çəkirsən gəl mən sənə uzunmüddətli qrafik açım krediti rahat ödə. Onun təklifi ilə razılaşdım". Camal Əliyev bu işin necə baş tutacağını soruşanda isə Pərviz generallardan birinin adından istifadə edib: "O dedi ki, mən filankəsin kürəkəniyəm və bankda heç kim mənim sözümün qabağına söz deyə bilməz. Pərviz bu işi görmək üçün oktyabrın 14-də məndən 500 manat pul aldı. Daha sonra qardaşımın yanına getdim. Pərviz dedi ki, birdən bankdan sənə zəng gəlsə denən ki, qardaşım bazarda işləyir aylıq gəliri 800 manatdan yuxarıdır. Ertəsi gün yenidən banka yollandım. Maşının texniki pasportunu, açarı Pərvizə verdim. Mənə dedi ki, get axşam gəlib maşını götürərsən. Aradan bir neçə saat keçəndən sonra Pərviz zəng vurub bildirdi ki, qardaşından mülki etibarnamə al. Onun dediyi kimi etdim və mülki etibarnamə aldım. Bu işləri görüb başa çatdırdım. Səhəri gün yenidən banka yollandım. Gördüm ki, maşınım yoxdur. Nəyin baş verdiyini anlamadım. Dərhal kredit şöbəsinin müdiri İlqar müəllimin yanına getdim. Şöbə müdiri isə dedi ki, get pulu gətir maşını apar. Qalmışam çıxılmaz vəziyyətdə. 800 manat əlavə xərcim çıxıb. 500 manat Pərvizə vermişəm, 300 manat da maşının şəkillərinin çəkilməsinə və digər işlərə sərf edilib. Şirvan şəhərindən hər dəfə taksi ilə bura gələndə filan qədər xərcim çıxır. Qəzet vasitəsilə əlaqədar dövlət qurumlarından kömək istəyirəm. Bank ya mənə qrafik açsın qalan borcu ödəyim, ya da maşınımı özümə qaytarsınlar. Əks halda aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edəcəm". Şikayəti araşdırmaq məqsədilə bankın "Xəzər" filialının kredit şöbəsinin müdiri İlqar müəllimlə əlaqə saxladıq. O isə öz növbəsində bildirdi ki, vətəndaş borcu ödəməyənə qədər ona qrafik açılmayacaq və maşını geri qaytarılmayacaq. Şöbə rəhbəri bu sözləri deyəndən sonra dəstəyi üstünə asdı. Görəsən, İlqar müəllim vətəndaşdan 2 min dollar "şapka" alanda niyə belə danışmırdı? Hesab edirik ki, "Bank Technique"in Müşahidə Şurasının sədri hörmətli Rövşən İsmayılov "Xəzər" filialında yaşanan özbaşınalıqlara təcili olaraq öz münasibətini bildirməlidir. Əgər həqiqətən də, bankın İlqar və Pərviz adlı əməkdaşlarının bu işdə nöqsanı varsa, onlar dərhal cəzalandırılmalıdır. İnanırıq ki, Rövşən müəllim Şirvan sakininin şikayətini araşdırıb onun maşınının geri qaytarılması üçün tədbir görəcək. \\ "Gündəlik Bakı" qəzeti \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
|