Ziya Məmmədovun "dəmir adamı" mövqelərini necə qoruya bilir - Nəqliyyat sektorunun mübhəmləri...
Tarix: 29-08-2014, 11:33 | Çap et
Azərbaycanda ən çox narazılıq yaşanan, ətrafında ən çox söz-söhbət olan idarələrdən biri «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətidir (QSC). Mətbuatı mütəmadi olaraq izləyən şəxslər yaxşı bilər ki, bu idarədən demək olar, hər ay müxtəlif tipli şikayətlər yazılır. İşçilərin maaşlarının aylarla verilməməsindən tutmuş, dəmiryolları relslərinin qanunsuz satışlarına qədər bir çox mövzuda qalmaqalların yaşandığı bu idarə, həmçinin, dövlətin ən strateji qurumlarından biri hesab edilir. QSC haqqında mətbuatda yazılan bu cür şikayətlər, xüsusən İdarənin rəisi Arif Əsgərovla bağlıdır. A.Əsgərov bu quruma rəis təyin edildiyi gündən bu yana onun adı mətbuatda müxtəlif korrupsiya və qanunsuzluqlarla birgə hallanıb. Bəs, kimdir bu Arif Əsgərov? Onun «Azərbaycan Dəmir Yolları» QSC kimi strateji dövlət qurumuna rəis təyin edilməsi necə baş verib? Ümumiyyətlə, A.Əsgərovun «Azərbaycan Dəmir Yolları»na rəis təyin edilməsinin qanuni tərəfləri varmı? Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) olaraq bu barədə, oxucuların da mövzuya maraqlarını nəzərə alaraq, A.Əsgərovun karyerasının ilk illərindən vəzifə pilləkənlərinin ən yüksək mərtəbəsinə qədər gəldiyi yolu araşdırdıq. Araşdırmalarımız nəticəsində bir çox maraqlı fakt və detallara rastladıq. Arif Əsgərovun Dövlət Dəmiryolu İdarəsində karyeraya başlaması 1990-cı illərin əvvələrinə təsadüf edir. O zaman bu idarənin rəisi Elbrus Abdullayev adlı şəxs idi. Onun müavini isə dünyasını dəyişmiş Şaiq Rüstəmov adlı biri idi. Dəmiryolu İdarəsinin nizamnaməsinə əsasən, peşəsi hərəkətçi olmayanlar idarə rəisinin birinci müavini təyin oluna bilməzdilər. Başqa sözlə, həmin dövrə qədər nizamnaməyə əsasən, peşəsi lokomotiv üzrə olan dəmiryolçular hissə rəisindən yuxarı vəzifələrə təyin olunmurdular. Qeyd edək ki, həmin illərdə Dövlət Dəmiryolu İdarəsi üç hissədən ibarət idi: Bakı, Gəncə və Naxçıvan. Sonradan indiki nəqliyyyat naziri Ziya Məmmədov Dəmiryolu İdarəsinə rəis təyin edildikdə, hələ ötən əsrin 70-ci illərindən tətbiq edilən bu bölgünü ləğv etdi. Onu da bildirək ki, indi Ziya Məmmədovun müavini olan Musa Pənahov elə o vaxtdan nəqliyyat naziri ilə birgə işləyir. Z.Məmmədov Dəmiryolu İdarəsində Lokomotiv xidmətinin rəisi olan dövrdə Musa Pənahov həmin idarənin maliyyə xidmətinin rəisi, idarənin indiki rəisi Arif Əsgərov isə onun müavini idi. Yəni, indi də çiyin-çiyinə işləyən bu üç şəxsin sirli əməkdaşlığının 20 ildən artıq tarixi var. Qeyd edək ki, Arif Əsgərov Rostov Dəmiryolu İnstitutunun məzunudur. Onun tələbəlik illəri ilə bağlı maraqlı fakt ondan ibarətdir ki, Arif Əsgərov 30 nəfərlik qrupun içində yeganə oğlan tələbə olub. Onun digər bütün qrup yoldaşları qızlardan ibarət olub. Elə, dəmiryolu idarəsinin maliyyə xidmətinin kadrları da tarix boyu xanımlardan təşkil edilib. Həmçinin, bu indi də belədir. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlişi ilə birlikdə Arif Əsgərovun karyerasında yeni bir dövr başlayıb. Cəbhə hakimiyyətə gəldikdən sonra dəmiryolu idarəsinə əslən tovuzlu olan Eldar İsmayılov rəis təyin edilib. Eldar İsmayılov isə Arif Əsgərovla həm qohum idi, həm də həmyerli. E.İsmayılovun idarə rəisi kimi imzaladığı ilk əmrlərdən biri Musa Pənahovu dəmiryolu idarəsinin maliyyə xidmətinin rəisi vəzifəsindən azad edərək, onu iqtisadi məsələlər üzrə müavin, indiki nazir Ziya Məmmədovu lokomotiv xidmətinin rəisi vəzifəsindən, lokomotiv, vaqon və energetika üzrə idarənin rəis müavini, Arif Əsgərovu isə maliyyə xidmətinin rəis müavini vəzifəsindən həmin idarənin rəisi vəzifəsinə təyin etməsi olub. Beləliklə, qohumluq bağları Arif Əsgərova yaramış, o rəis müavinliyindən, rəisliyə yüksəlmişdi... Yeri gəlmişkən, qeyd edək ki, Arif Əsgərovun keçmiş rəisi, onu vəzifə pillələrində irəli çəkən Eldar İsmayılovla indi də isti münasibətləri davam edir. Belə ki, idarə rəisi keçmiş rəisinin 9-cu mikrorayondakı evinə Biləcəri Dəmiryolu İşıq İdarəsindən hələ 1992-ci ildə çəkilmiş qeyri-qanuni elektrik xətti bugünəcən fəaliyyətdədir.
Arif Əsgərovun “qara günləri”
...ancaq Eldar İsmayovun idarə rəisi olmağı uzun çəkmədi. Cəmi 6 ay sonra mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlişinin ardınca dövlət dəmiryolu idarəsinə Vahid Məmmədov Nadirli rəis təyin edildi. Onun rəis təyin edilməsi ilə birlikdə Arif Əsgərov tutduğu vəzifədən azad edildi və Raya Abbasova adlı bir xanımla əvəzləndi. Bunun ardınca isə Arif Əsgərov üçün çox ağır bir dövr başladı. 1993-1995-ci illər demək olar ki, onun həyatının ən ağrılı illəri olub. Dəmiryolu idarəsinin indiki rəisinin əlinin hər yerdən üzüldüyü bir anda, Bəhrəm Yaradanquliyev adlı bir şəxs dəmiryolu idarəsinin nəzdində “Azerreyl” adlı şirkət yaratdı. Arif Əsgərov isə həmin şirkətə müavin təyin olundu. Onu da bildirək ki, 1993-1995-ci illər, həmçinin, indiki nazir və onun müavini Ziya Məmmədov və Musa Pənahov üçün də çətin dövlərdən sayıla bilər. Onlar həmin dövrdə tutduqları vəzifələrdə qalsalar da, vəzifələrinin icrasını demək olar ki, həyata keçirə bilmirdilər. Yeni rəisin yeni ətrafı Vahid Məmmədova adı çəkilən ikili barədə müxtəlif dedi-qodular və şaiyələr çatdırırdılar. Bu da V.Məmmədovun onlarla ehtiyatlı davranmasına səbəb olurdu. Ancaq sonradan idarə rəisi Ziya Məmmədov və Musa Pənahova etimad göstərməyə başladı. Onun göstərdiyi bu etimadı doğruldan ikili isə idarə rəisinin gözündə yüksəldi. Hətta V.Məmmədovun idarə rəisliyinin son aylarında onun bir çox səlahiyyətlərinin Ziya Məmmədov həyata keçirirmiş. Bu barədə bizə məlumat verən mənbəmizin bildirdiyinə görə, rəisin yoxluğunda idarənin axşam iclaslarını aparmaq, həmçinin, rəis müavini və digər xırda idarə rəislərinə icazə vermək səlahiyyətləri Ziya Məmmədovda imiş. Araşdırmalarımız zamanı Ziya Məmmədovla bağlı əldə etdiyimiz daha bir maraqlı fakt isə ondan ibarətdir ki, onun dəmiryolu idarəsinin rəisi təyin olunması zamanı adı heç namizədlər arasında belə yox imiş. Deyilənə görə, o vaxtlar dəmiryolu idarəsinin Fərhad adlı bir xidmət rəisi axşam xəbərlərini gözləməyərək, idarənin koridorunda rastlaşdığı Z.Məmmədova rəisliyə namizədlərin adını bir-bir çəkib. Ancaq Ziya Məmmədovun adını çəkməyərək, ona "stavka" etmədiyini büruzə verib. Bu isə onun sonu olub. Z.Məmmədov ona bildirib ki, tələsməsin və kimin rəis təyin olunacağını axşam saat 8 xəbərlərində izləsin. Axşam xəbərlərinə qulaq asdıqdan sonra nə böyük səhv etdiyini anlayan Fərhad adlı həmin xidmət rəisi Z.Məmmədovun rəis təyin olunmasının səhəri günü tutduğu vəzifədən azad edilib. Onun yerinə isə indilərdə adı bizə çox tanış olan, deputat, “Azəryolservis”in rəhbəri Cavid Qurbanov dəmiryolu idarəsində ilk vəzifəsinə təyin edilib. Z.Məmmədovun dəmiryolu idarəsinə rəis təyin olunması ilə birlikdə Arif Əsgərovun karyerası yenidən yüksəlməyə başladı. O, Məmmədovun əmrilə yenidən keçmiş vəzifəsinə qayıdaraq, Raya Abbasovanı əvəz etməyə başlayır. Burada bir nüansı qeyd etmək yerinə düşər. Arif Əsgərov dəmiryolu idarəsi tarixinin yeganə maliyyəçi rəisidir. Bu səbəbdən də onun nə vaxtsa bu idarəyə rəis təyin olunacağına ümid etdiyini düşünmək yersiz olardı. Ancaq tale elə gətirib ki, bir maliyyəçi dəmiryolu idarəsinə rəis təyin olunub. Tarixən bu idarədə rəis vəzifəsinə təyin edilmək üçün ən azı lokomotiv üzrə mütəxəssis olmalı idin. Bəlkə də Arif Əsgərovun rəisliyi dövründə idarədən bu qədər narazılıq olmasının səbəbi onun işin mütəxəssisi deyil, maliyyəçi olmasıdır. Qeyd edək ki, hazırda Arif Əsgərovun baş məsləhətçisi də dəmiryolçu deyil, bankirdir. Belə ki, A.Əsgərovun baş məsləhətçiliyini həyata keçirən İlqar Məmmmədovun ixtisasça dəmiryolçuluğa heç bir aidiyyatı olmasa da, tovuzlu olması və Arif Əsgərovla həmyerlillik bağı onun bu vəzifəyə təyinatının yolunu açıb. Bu faktın özü onun göstərir ki, Arif Əsgərov dəmiryolu idarəsində kadr seçimlərini hansı kriteriyalara əsasən həyata keçirir. Əslində, elə Arif Əsgərovun və ona yaxın kadrların ixtisasına baxaraq, dəmiryolu idarəsi işçilərinin niyə bu qədər aşağı maaşlı işlədiklərinin, onların rəislərindən niyə bu qədər narazı olduqlarının kökündə dayanan səbəbləri görmək mümkündür. Oxucuların da mövzuya marağını nəzərə alaraq, Arif Əsgərovun karyerası ilə bağlı araşdırmalarımızın ikinci hissəsinin olmasına da çalışacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|