Azərbaycanın orduya çağırış sistemi boğaza qədər problemin içindədir - Niyə səfərbər ola bilmirik?
Tarix: 2-08-2014, 12:13 | Çap et
Çağırışçıların hərbi xidmətə yola salınmasında, habelə səfərbərlik məsələlərindəki ciddi nöqsanların hələ də aradan qaldırılmaması üzündən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun vəzifə durumu daha da ağırlaşıb. Məsələ burasındadır ki, dövlət xidmətinin yaradılmasından iki ildən artıq vaxt keçsə də, Arzu Rəhimov bu günə qədər rəhbəri olduğu SHXÇDX-in fəaliyyətində hələ ciddi nizam-intizam, dönüş yarada bilməyib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri, general-leytenant Arzu Rəhimovun bəzi işçilərinin çağırışçıların hərbi xidmətə yola salınması, habelə səfərbərlik məsələlərindəki ciddi nöqsanların hələ də aradan qaldırmamaları, bu sahədəki kobud nöqsanların mövcudluğu onu göstərir.
Bu il baş tutmuş yanvar və aprel çağırışları zamanı general-leytenant Arzu Rəhimovun rəhbərlik etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı rayon şöbələri tərəfindən həqiqi hərbi xidmətə cəlb olunmuş şəxslərdən 328 nəfərində vərəm, nevrotik reaksiya və digər xəstəliklər aşkarlandığı üçün onlar Müdafiə Nazirliyi tərəfindən geri qaytarıldılar. Bu isə bir daha onu təsdiqləyir ki, başda Arzu Rəhimov olmaqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra yetkili şəxsləri üzərinə düşən işləri lazımi səviyyədə yerinə yetirə, eləcə də hərbi çağırış sisteminin normal fəaliyyətini təşkil edə bilmirlər. Biz hələ onu demirik ki, dünən başa çatan iyul çağırışının fəsadları yaxın günlərdə məlum olacaq. Bəlli olacaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi rayon şöbələri yenə kasıb, imkansız ailələrdən olan, sağlamlıq durumunda problemlər yaşanan bir sıra gəncləri ordu sıralarına göndəriblər. Söz yox ki, əvvəlki çağırışlarda da hərbi xidmət üçün yararlı olmayan gənclərin geri qaytarılması çox ciddi məsələdir. Çünki onların hər biri ordu sıralarına cəlb olunmamışdan öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrində fəaliyyət göstərən hərbi həkim komissiyaları tərəfindən müayinə olunurlar. Əgər onlar həqiqətən də tam şəkildə, lazımi qaydada müayinə olunublarsa, o zaman necə olub ki, Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində təkrar tibbi baxış zamanı çağırışçılarda vərəm, nevrotik reaksiya və digər xəstəliklər aşkarlanıb? Və nə üçün bu fakta görə də hələ də heç kim məsuliyyətə cəlb olunmayıb? Hərbi Prokurorluq nədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yetkili şəxsləri barəsində müvafiq ölçü götürmür?
Şübhəsiz ki, çağırışçılarda müxtəlif ağır xəstəliklərin aşkarlanması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin normal fəaliyyət göstərmədiyini, ciddi qanun pozuntusuna yol verildiyini sübuta yetirir. Görünən odur ki, Arzu Rəhimovun rəhbərlik etdiyi qurum ən ağır xəstəliklərdən əziyyət çəkən, hətta vərəmli çağırışçıların belə, ordu sıralarına cəlb olunmasına şərait yaradır. Diqqət yetirsəniz görərsiniz ki, 2012-ci ildən bu günə kimi məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra yetkili şəxslərinin səhlənkarlığı ucbatından Silahlı Qüvvələrdə qeyri-döyüş itkilərinin sayı kəskin artıb. Çünki əsgərlərin böyük əksəriyyəti məhz ordu sıralarına xəstə halda çağırılma səbəbindən dünyalarını dəyişirlər. Deməli, belə çıxır ki, hərbi çağırışçıların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yoxlanılması prosesi düzgün təşkil olunmur. Biz bunu özümüzdən demirik.
Ötən ilin çağırışlarında baş tutmuş flüoroqrafik müayinələr zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif rayon şöbələri tərəfindən ordu sıralarına cəlb olunmuş və bir müddət sonra vərəm xəstəliyi aşkarlanmış şəxslərin siyahısını sizə təqdim etmişik. Həmin sıyahı ilə tanış olduqda aydın şəkildə görünür ki, Arzu Rəhimovun rəisi olduğu xidmət tərəfindən həqiqi hərbi xidmətə göndərilmiş Mahmudov Təbriz Həmid oğlunda sol ağciyərin yuxarı payının ocaqlı vərəmi, Şıxəliyev Samir Xudaşükür oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, Əzizov Nəcməddin Cəfəddin oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, Qurbanov Cəlal Akif oğlunda keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri, Mehdiyev Mehman Şahin oğlunda sol ağciyərin vərəmi, Həsənov Röyal Fazil oğlunda sağ ağciyərin yuxarı payının infitrativ vərəmi, Qarayev Elvin Mehman oğlunda sol ağciyərin yuxarı payının ocaqlı vərəmi, Əzizov Nəcməddin Cəfəddin oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, Tağıyev Ceyhun Çingiz oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, Məmmədov Tural Habil oğlunda sol ağciyərin aşağı payının ocaqlı vərəmi, Bədirov Vüsal Qabil oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, Mikayılov Rasimdə sağ ağciyərin yuxarı payının naməlum aktivlikli vərəm ocaqları, Qəmbərov Orxan Məhərrəm oğlunda sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi, Eminov Ceyhun Emin oğlunda sağ ağciyərin yuxarı payında ocaqlı proses, Quliyev Rədxan Mirzə oğlunda sağ ağciyərin aşağı payının infiltrativ vərəmi, Zeynalov Ceyhun Malik oğlunda sağ ağciyərin aşağı payının infiltrativ vərəmi, Ağazadə Çingiz Ələsgər oğlunda sol ağciyərin yuxarı payının vərəmi, naməlum aktivlikdə, İsgəndərov Nofər Nəzər oğlunda sol diafraqmal sinusda plevra bitişməsi, Məmmədov Bayram Yaşar oğlunda sol ağciyərin yuxarı payının ocaqlı vərəmi, Orucov Seymur Ramiz oğlunda kobud plevral bitişmələr, Məmmədov Kərim Eldəniz oğlunda kobud plevral bitişmələr, Əliyev Sirad Bayraməli oğlunda plevral bitişmələr, Muradov Əfqan Nazim oğlunda ocaqlı vərəm, bərkimə mərhələsində, Atakişiyev Əsgər Asif oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, İsayev Bəhruz Səbuhi oğlunda sol ağciyərin aşağı payının ocaqlı vərəmi, İdrisov İlham Yusif oğlunda sol ağciyərin aşağı payının ocaqlı vərəmi, Yusifov Şahvələd Mərdan oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, Tağıyev Elgün Vüqar oğlunda sol plevranın qalınlaşması, Qasımzadə Natiq Qabil oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, naməlum aktivlikdə, Əsədov Nicat Bayram oğlunda sağ ağciyərin perisissuliti, Əliyev Şamil Yadigar oğlunda eksudativ plevrit, Qurbanov Cəlal Akif oğlunda keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri, Əmrəhov İbrahim Sahib oğlunda hər iki ağciyərin yuxarı payının ocaqlı vərəmi, Budaqov Anar Arif oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, Məmmədov İlqar Gülağa oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, Mehdiyev Fikrət Mənsur oğlunda isə sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi aşkarlanıb.
Xartırlayırsınızsa, ötən saylarımızda hələ 2012-ci ildə Səfərbərlik Xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 20 min manat vəsaitin ayrıldığını xəbər vermişdik. Həmçinin qeyd etmişdik ki, həmin il sözügedən quruma yumşaq inventarların və yataq ləvazimatlarının satın alınması üçün 650 min manat vəsait ayrılıb. Ərzaq məhsullarının satın alınmasına isə dövlət büdcəsindən 515 min manat vəsait ayrılıb. 2013-cü ildə isə xidmətə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 100 min manat, yumşaq inventarların və yataq ləvazimatlarının satın alınması üçün 950 min manat, ərzaq məhsullarının satın alınmasına isə dövlət büdcəsindən 725 min manat (ümumilikdə 1 milyon 775 min manat) vəsait ayrılıb. Əldə etdiyimiz bilgilərə əsasən deyə bilərik ki, 2012-ci ildə "istehsalatda istifadə olunmayan qeyri-maddi aktivlər", kompyuter proqramlarının yazılması, məlumat bazası, informasiya sisteminin quraşdırılması üçün 5 milyon 178 min manat xərclənib. Həmin pulların taleyi necə oldu?..
Maraqlıdır, görəsən, Rabitə və Yüksək İnformasiya Texnologiyaları Nazirliyi bu işi ən mükəmməl səviyyədə görə biləcəyi halda Arzu Rəhimov nədən hansısa özəl şirkətə müraciət edib? Məlumatlarda həmçinin, o da bildirilir ki, ötən il "istehsalatda istifadə olunmayan qeyri-maddi aktivlər", kompyuter proqramlarının yazılması, məlumat bazası, informasiya sisteminin quraşdırılması üçün 6 milyon manat sərf olunub.
Məhz bu tip məsələlərə görə, bir müddət öncəyə qədər xidmətin maliyyə idarəsinin rəisi vəzifəsində təmsil olunan Namiq Nuriyev adıçəkilən qurumdan uzaqlaşıb. Xidmətin maliyyə idarəsinin yeni rəisi Xanlar Rüstəmov da yaman qayğılı görünür.
Bütün bunlar onu göstərir ki, SHXÇDX-də ciddi kadr islahatlarının həyata keçirilməsinin, ən əsası isə Arzu Rəhimovun vaxtından əvvəl istefaya göndərilməsinin zamanı yetişib. Yoxsa Azərbaycan ictimaiyyəti hələ neçə-neçə vərəmli çağırışçının ordu sıralarından azad edilməsinin, neçə-neçə gənc əsgərin hərbi xidmətə başlamasından bir neçə gün sonra ölməsinin, onlarla, yüzlərlə imkanlı ailədən olan çağırışçıların əsgərlikdən yayındırılmalarının şahidi olacaq. İlk öncə qeyd edək ki, məlum problemlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinin gələcək karyerasını sual altına qoyub. Çünki dövlət xidmətinin yaradılmasından illər keçsə də, Arzu Rəhimov bu günə qədər rəhbəri olduğu SHXÇDX-in fəaliyyətidə hələ ciddi nizam-intizam, dönüş yaratmağa müvəffəq olmayıb. 2012-ci ilin fevralında yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bir sıra struktur islahatları həyata keçirilsə də, çatışmazlıqlar, bir sıra nöqsanlar, hətta qanun pozuntuları belə mövcuddur. Çağırışçılarda xəstəliklərin aşkarlanması onu göstərir ki, dövlət strukturunun işi olduqca qeyri-kafidir. Qəzetimizin ötən saylarında açıqladığımız faktlara müvafiq olaraq söyləmək olar ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı işçilərinin rüşvət və korrupsiya əməllərinə görə həbs edilmələri, yüzlərlə çağırışçıda vərəm, habelə digər xəstəliklərin aşkarlanması Arzu Rəhimovun vəzifədən kənarlaşdırılması məsələsini gündəmə gətirir. Hətta bunu günün aktual mövzusuna çevirir. İki il altı aylıq zaman göstərdi ki, komissarlıq sisteminin ləğv edilib yerində başqa strukturun qurulması ənənəsi özünü doğrultmadı. Əksinə, bunun fəsadları daha ağır oldu. Bəlkə də baş verənlərin kökündə general-leytenant Arzu Rəhimovun bu sahəyə yad kadr olması, habelə bəzi işçilərinin öhdəsindən gələ bilməməsidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən eyni zamanda kütləvi şəkildə insanlar hərbi xidmətə çağrılır və bəzi hallarda ayrı-ayrı qurumlar tərəfindən qanunsuzluqlara yol verilir. Həm dövlət xidməti, həm də onun rəhbəri, general-leytenant Arzu Rəhimovun bəzi işçilərinin çağırışçıların hərbi xidmətə yola salınması, habelə səfərbərlik məsələlərindəki ciddi nöqsanların hələ də aradan qaldırmamaları, bu sahədəki kobud nöqsanların mövcudluğuna sübutdur. Faktlar göstərir ki, SHXÇDX-də ciddi kadr islahatlarının həyata keçirilməsi üçün ən əsas faktor Arzu Rəhimovun vaxtından əvvəl istefaya göndərilməsidir. Arzu Rəhimov, şübhəsiz ki, birmənalı olaraq burada bəzi varlı şəxslərin övladlarının əvəzinə sadə vətəndaşların xəstə övladlarının hərbi xidmətə aparılması halları var! Tam məsuliyyət hissi ilə deyə bilərik ki, general-leytenantın səfərbərlik sistemində kifayət qədər potensial kadr olmaması bu dövlət xidmətinin iki ildən artıq davam edən fəaliyyətindəki nöqsanlarla müşahidə edilir. Vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsi məqsədilə mütəmadi təhlillər aparılmalı, çağırış sistemində çağırışçıların hərbi uçotunun dəqiq və düzgün aparılmasına, yoxlamaların keçirilməsinə nəzarət artırılmalıdır ki, bu xidmətin yerli idarə, şöbə, bölmələrinin və aidiyyəti dövlət orqanlarının həmin sahəyə məsuliyyətlə yanaşmasına və çağırış sistemində şəffaflığın təmin olunmasına zəmin yaratsın. Ən əsası: - Arzu Rəhimov tutduğu vəzifədən istefa verməlidir. Yoxsa...
"Yoxsa"sı bəllidir. \\ gundelik-bakı \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|