Üç keçmiş nazirin hazırki biznesi ilə bağlı müdhiş təfərrüatlar - Misir Mərdanova nə üçün həsəd aparıla bilər?
Tarix: 14-06-2014, 15:57 | Çap et
Ötən il aprel ayının 19-da işdən çıxarılan təhsil naziri Misir Mərdanov da görəvdən ayorıldıqdan sonra ciddi biznesə girib. Daha doğrusu, hələ nazir olarkən qurduğu biznesini böyütməyə və daha da inkişaf etdirməyə başlayıb. Nazir postundan uzaqlaşdırılandan sonra M.Mərdanov həvəslə biznesinin başına keçib və obyektlərin yenidən qurulmasına, modernləşdirilməsinə pul xərcləməyə başlayıb. İşdən çıxarılandan sonra Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutuna direktor təyinatı, nazirlikdə yoxlamaların aparılmaması, fəaliyyətinin təftiş edilməməsi artıq şübhə yeri qoymur ki, Misir Mərdanova bundan sonra rahat yaşamaq üçün təminat verilib. Hazırda keçmiş nazirin nəzarətindəki obyektlər arasında işi ən "xod" gedən xalası oğlu Allahverdi Dəmirovun idarə etdiyi Balaxanıdakı Asfalt Zavodudur. Bundan başqa Mərdanova aid olduğu bildirilən Novxanıdakı "Olmpik-hotel"sabiq nazir "vurulduqdan" sonra ciddi şəkildə təmir olunub, hotelin saytından tutmuş müştəri kontingentinə qədər hər şey ciddi dəyişdirilib. Sonuncu prezident seçkilərindən sonra "vurulan" keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun biznes şəbəkəsi ilə bağlı isə son vaxtlar ürəkaçan xəbərlər gəlmir. Onun bəzi biznes obyektlərini bağladığı barədə iddialar var. Bir həftə əvvəl isə məlumat yayıldı ki, Ələkbərov İsmayıllı rayonunun İvanovka kəndində yerləşən dəbdəbəli villasını satışa çıxarıb. Bildirildi ki, keçmiş nazir vəzifədən getdikdən sonra İvanovkadakı evinə bir dəfə də olsa gəlməyib. Evdə gözətçilik edən şəxslərə villanın satılacağı barədə xəbərdarlıq edilib. Villanın hansı qiymətə satışa çıxarıldığı məlum olmasa da bu rəqəmin kifayət qədər yüksək olduğu bildirilir. Keçmiş nazir satışa çıxardığı imarətgahı qardaşı Nizami Ələkbərovun İsmayıllıda icra başçısı işlədiyi dönəmdə tikdiribmiş. Bu məlumatın özü də göstərir ki, keçmiş nazirin Azərbaycandakı mülkləri və biznes obyektləri üzərində təhlükə buludlarının dolaşması barədə məlumatlar təsadüfi deyil. Xatırladaq ki, 1991-ci ildə F.Ələkbərovun rəhbərliyi ilə "İmprotex" şirkəti yaranıb, tanınmış brendlər Azərbaycan bazarına gətirilib. Bu holdinq daha çox "İmprotex Group" kimi tanınır. İlk vaxtlar şirkət Azərbaycanda və keçmiş sovet respublikalarında yalnız ölkə daxilinə turizm turları təşkil edib. Maraqlıdır ki, bu fəaliyyət az müddət davam edib, sonradan şirkət biznesin müxtəlif sahələrində işə başlayıb. Şirkət sadə turların təşkilatçılığından baş ofisi Bakıda yerləşən, BƏƏ və Çində nümayəndəliyi olan çoxşaxəli bir korporasiyaya qədər inkişaf yolu keçib. Hazırda "İmprotex Group" ölkəmizdə ciddi holdinqlərdən biridir. Azərbaycanda ilk özəl avia şirkətin - "İmair"in yaradılması da məhz "İmprotex"in adıyla bağlıdır. Hazırda "İmprotex" Şirkətlər Qrupu Azərbaycanın özəl sektorunda aparıcı mövqeyə sahibdir. Şirkət dünyanın ən məşhur şirkətləri ilə əməkdaşlıq edir. Həmçinin "İmproteks Motors", "İmproteks Treydinq" şirkətləri təsis olunub. Daha bir şirkət - "İmprotex Distribution Center" isə 2000-ci ildə yaradılıb. Şirkət əsasən istehlak mallarının, eləcə də xırda və iri məişət texnikasının satışı və yayılması ilə məşğuldur. Sabiq nazirin yelkənli qayıq satan mağazaları da var. Bu xidməti "İmprotex Marine & Sporta Facilities" şirkəti 2005-ci ildə yaradılarkən göstərməyə başlayıb. Şirkət dünya şöhrətli yapon ticarət markası -"Yamaha"nın rəsmi distribütoru kimi fəal istirahət üçün geniş çeşiddə idman və dəniz avadanlıqları təklif edir. Mənbənin sözlərinə görə, Ələkbərovlar avtomobil bazarında da pay sahibidir. 2004-cü ildən "İmprotex" Şirkətlər Qrupunun Azərbaycanda yeni layihəsi olan MAN yük avtomobilləri üzrə işçi qrupu fəaliyyətə başlayıb. Bu işçi qrupunun fəaliyyətinin ilk addımı olaraq Azərbaycana yeni MAN TGA yük avtomobilləri gətirilib. "İmprotex" Şirkətlər Qrupu müştərilərin ehtiyaclarına və texniki tələblərinə əsaslanaraq MAN yük avtomobilləri üçün cari təmir mərkəzi də açıb. Avropanın ən müasir standartlarına cavab verən Euro-3, Euro-4 mühərrikli MAN avtomobillərini ancaq istefada olan nazirin şirkəti satır. Amma gözlənilir ki, tədricən Ələkbərov bu cür geniş spektrli biznesinin əhəmiyyətli hissəsini itirəcək. Başqa bir sabiq nazir - eks müdafiə naziri Səfər Əbiyevin də biznesi yox edilmək üzrədir. Yarım ay öncə məlumat yayıldı ki, keçmiş müdafiə nazirinin nəzarətində biznes strukturları başqa şəxslərə verilir. Bir sözlə, qısa müddətdə Səfər Əbiyevin müflisləşdirilməsi prosesi gedir. Bu məlumatların təsdiqi kimi "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaydığı xəbəri də göstərmək olar. Həmin məlumatda deyilirdi ki, Səfər Əbiyevə məxsus olan ərazi əlindən alınıb. Məlumatda Yasamal rayonu Həsən Məcidov küçəsində yerləşən böyük ərazinin əslində Azərbaycan Ali Hərbi Məktəbinin (Avtopark) balansında olduğu bildirilib. Məlumata görə, həmin ərazidə Silahlı Qüvvələrin zabitləri üçün mənzillərin tikilməsi ilə bağlı ideya olub. Lakin bu ideya Səfər Əbiyev tərəfindən müsbət qarşılanmayıb. Keçmiş nazir həmin ərazidən özünün biznes maraqları üçün istifadə etmək qərarı verib. Amma artıq həmin ərazi üzərinə "Renessans Palace" yazılmış hasarla əhatə olunub. Ərazidə tikinti işlərinin "AS Group Investment" tərəfindən aparıldığı qeyd edilib. Göründüyü kimi, ötən il "vurulan" üç nazir arasında bizneçs sarıdan işləri ən yaxşı gedən Misir Mərdanovdur. Füzuli Ələkbərov və Səfər Əbiyevin biznesi qaranlıq günlər yaşadığı halda sabiq təhsil nazirinin gəlir qaynaqları güclənib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|