"Yenə də xəbər edəcəklərini deyib yola verdilər" - GİLEY
Tarix: 14-05-2018, 09:27 | Çap et
“Kontakt Home” mağazalar şəbəkəsində reklam fırıldaqları ilə istehlakçıları aldatmaqda davam edir. “Faizsiz kreditlər”, “onlayn satış” və s. kimi aldadıcı reklamlarla alıcı cəlb etməyə çalışan “Kontakt Home” bununla da istehlakçıların hüquqlarını kobud şəkildə pozur. Növbəti belə halla rastlaşan alıcılardan biri müraciət edərək necə aldadıldığını, get-gələ salındığını danışıb. Belə ki, “Kontakt Home”un saytında göstərilən kondisioneri, onların təklif etdiyi şərtlərlə almaq istəyən alıcı gözləmədiyi cavablar alıb. Məlumat üçün bildirək ki, müştərinin almaq istədiyi məhsulun (Kondisioner Mitsubishi Electric HJ 60VA 17060 BTU (410 FR)) nağd satış qiyməti kontakt.az saytında 2199 manat olaraq göstərilir. 3-6 aylıq kredit şərtlərinə görə kondisioner fazisiz olaraq satılır. 12-18 aylıq kredit şərtlərinə görə isə ilkin ödəniş və faiz tələb olunur. Alıcı deyir ki, 18 aylıq kredit şərti ilə qeyd edilən məhsulu almaq üçün əvvəlcə “Kontakt Home” mağazalar şəbəkəsinə zəng edib: “İlkin ödəniş olaraq 660 manat tələb olunur. 18 ay ərzində isə 96 manat ödəniş etməlisən. Bu isə kondisionerin nağd qiymətindən 189 manat bahadır. Bu qiymətlə razılaşıb “Kontakt Home”un mağazasına getdim. 3 saat növbə gözlədim. Növbəm çatanda məhsulun adını və almaq istədiyim şərtləri dedim. Bir az keçəndən sonra cavab verdilər ki, bu şərtlərlə kredit verilmir. Saytdakı elanı xatırladan da isə dedilər ki, orada səhv yazılıb. Daha sonra isə dedilər ki, bu şərtlərlə yalnız onlayn sifariş mümkündür. Təbii ki, bu dedikləri sadəcə olaraq müştərini yola vermək üçün idi. Nə fərqi var, mağazadan aldım, ya da onlayn sifariş verdim? Amma yenə də onlayn olaraq da sifariş ərizəsini doldurub göndərdim”. Onlayn sifariş ərizəsi göndərən alıcıya verilən növbəti cavab da maraqlı olub. Sifarişdən sonra “Kontakt Home”dan edilən zənglə alıcıya bildirilib ki, sifarişlə bağlı müraciətiniz çatıb, lakin bu şərtlərlə məhsul satmaq üçün gərək rəhbərliklə məsləhətləşmə aparılsın: “Mən gözlədim, amma zəng etmədilər. Daha sonra özüm yenidən zəng edib nəticəni soruşdum. Yenə də xəbər edəcəklərini deyib yola verdilər”. Alıcı deyir ki, bir gün vaxt sərf etsə də, “Kontakt Home”dan ona heç bir normal cavab verilməyib, əksinə, mağazaya yollanan müştərinin onların təklif etdiyi başqa təkliflərlə razılaşmasını gözləyiblər: “Onlar düşündülər ki, mən artıq mağazaya getmişəmsə, dedikləri şərtlərlə razılaşacam. Onların hesabladığı məbləğlə mən aylıq 110 manatdan çox ödəniş etməli idim. Bu isə nağd qimətdən 400-450 manat artıq deməkdir. Faizi yüksək almaqla bərabər alıcıları aldatmaqdan da çəkinmirlər. Əsas məqsədləri müştərini aldadıb mağazaya gətirməkdir. Orada da aldadıb malı satmağı düşünürlər”. “Kontakt Home”un kredit şərtlərindəki fırıldaqları ilə bağlı diqqətimizi çəkən bir məqam da oldu. Kontakt.az saytına nəzər yetirərkən gördüyümüz ilk məhsul olan və xüsusi təkliflə alıcılara təklif olunan “HTC One M8 S” markalı telefonun qiyməti diqqətimizi çəkdi. Telefonun satış qimyəti nağd olaraq 599 manat göstərilir. 12 aylıq ödənişlə, faizsiz kreditlə satıldığı elan olunan telefonu almaq üçün ilkin ödəniş olaraq 120 manat tələb olunur. Aylıq ödəniş isə 49 manat göstərilir. Bu isə ümumilikdə 708 manat, telefonun nağd satış qiymətindən 109 manat bahadır. Bəs bu 109 manat faiz deyilsə nədir? Bunun izahı isə saytda belə göstərilir: “Malın nisyə qiymətinə xidmət haqqı dəyəri daxildir”. Yəni, xidmət haqqı olaraq 109 manat müştəridən pul alınır. Hələ bunun faizlə ödənişi olsaydı…(gunxeber.info)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Dünən, 14:00 |
|
|
|
|