Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                 

Məmurların jurnalistlərə qarşı yaratdığı süni BARYER - “Mənim nömrəmi haradan tapmısan”
Tarix: 17-04-2018, 09:49 | Çap et
Məmurların jurnalistlərə qarşı yaratdığı süni BARYER
Hər peşənin özünəməxsus çətinlikləri olduğu kimi, jurnalistikanın da müəyyən çətinlikləri var. Bu sahənin çətinliklərindən biri müsahiblərlə işləməkdir. Çünki zəng vurduğun insanın sənə necə cavab verəcəyini, nə cür münasibət göstərəcəyini bilmirsən. Müsahiblərlə danışan zaman ən çox rast gəldiyimiz sual "mənim nömrəmi haradan tapmısan” olur. Və bəzən bu suala cavab vermək çətin olur. Çünki əslində nə deyəcəyini bilmirsən. Axı nə önəmi var nömrəni haradan əldə etməyimizin? Nömrəni necə əldə etməyimiz haqqında müsahiblərə məlumat verməliyikmi, müsahiblərin bunu soruşmaq haqları varmı? Bu kimi suallara cavab tapmaq üçün ekspertlərə müraciət etdik.

"Sizin nömrənizin kiməsə verilməsi qadağan olunub ki?”

Mətbuat Şurasının idarə heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bildirir ki, jurnalistin nömrəni necə tapması önəmli deyil. Elə jurnalistin bacarığını göstərən amillərdən biri də müsahibini tapmaq üçün müxtəlif üsullardan istifadə etməsidir: "Hər hansı bir mövzu ilə əlaqədar olaraq araşdırma aparmaq jurnalistin peşə funksiyalarından biridir. İstər tibbi sahə, istər iqtisadi sahə olsun - fərqi yoxdur. Məsələ ilə bağlı həmin sahədə tanınan mütəxəssisə, ekspertə müraciət olunub, münasibəti öyrənilməlidir. O ki qaldı jurnalistin nömrəni haradan, hansı yolla tapmasına, bu elə də önəmli deyil. Çünki jurnalistin bacarığını göstərən məsələlərdən biri də onun müsahibini tapmaq üçün müxtəlif üsullardan istifadə etməsidir. Və o, bunu açıqlamaq məcburiyyətində deyil. Telefon nömrəsi elə bir əlaqə vasitəsidir ki, ondan hamı istifadə edə bilər. Məsələn, həkimlər. Həkimlərin nömrəsi hər kəsə açıq olmalıdır. Çünki onlara hansısa məsələ ilə bağlı münasibət öyrənmək üçün təkcə jurnalistlər zəng vurmur. Bəzən xəstələr də həkimə zəng vurub, nə isə soruşa bilər. Həkimlər bir çox hallarda onlara verilən sualdan yayınmaq üçün bu bəhanədən istifadə edirlər. Amma normalda jurnalistin məsələ ilə bağlı fikir öyrənmək, informasiya əldə etmək üçün mütəxəssisə, ekspertə müraciət etmə hüququ var. Bununla bağlı qanunda da bir qadağa yoxdur. Jurnalist peşə fəaliyyətini yerinə yetirmək üçün bu kimi vasitələrdən istifadə edə bilər”.

Müsahibi jurnalistdən soruşanda ki "mənim nömrəmi haradan tapmısan”, bu zaman jurnalist də qarşılığında soruşmalıdır ki, "sizin nömrənizin kiməsə verilməsi qadağan olunub ki?” - deyən müsahibimiz həkim ekspertlərdən misal çəkərək məsələni izah etməyə çalışır:
"Həkimlərin işlədiyi klinikada onlar haqqında bütün informasiyalar olur. Və istənilən şəxs həmin məlumatları əldə edə bilər. Hətta deyərdim ki, bir çox klinikaların tanıtım vərəqələri var. Bu həm klinikanın, həm də həmin həkimin reklamı üçün istifadə olunur. Yəni bu tip informasiyalar hər kəsə açıqdır. Belə sahələrdə çalışan insanların "mənim nömrəmi haradan tapmısan” sualını verməsi çox absurddur. Həmin şəxslərin peşələri bilavasitə tələb edir ki, onların nömrələri, adları, soyadları yayılsın. Bu həm də onların müştəri toplamasına kömək olacaq bir haldır. O insanlar anlamalıdırlar ki, onların nömrələrini tapmaq elə də çətin məsələ deyil. Yəni bu, dövlət sirri və ya təhlükəsizlik orqanlarından hansısa birinin nömrəsi deyil ki, onu haradan əldə etmisən sualı yaransın. Həkim, müəllim və ya populyar bir şəxs olsun - fərqi yoxdur. Bu kimi insanların məlumatları asan tapılandır”.

Bu məsələlər qanun çərçivəsində tənzimlənir

Mətbuat Şurası sədrinin müavini, media eksperti Müşfiq Ələsgərli bunun geniş yayılmış bir məsələ olduğunu və həlli üçün daim qabardıldığını qeyd edir: "Müsahiblər əsas olaraq iki qrupa bölünür: ictimaiyyətə açıq olanlar, yəni açıq olmalı olanlar və təsadüfi şəxslər. İctimaiyyət üçün açıq olmalı olan şəxslər də iki yerə bölünür. Bəziləri konkret hansısa bir təşkilatın, özəl və ya dövlət qurumunun təmsilçiləri, bəziləri isə ekspertlərdir. Əgər bu insanlar hər hansı bir qurumun təmsilçisidirlərsə, daim ictimaiyyətə açıq olmalıdırlar. Bunların tövsifi həm "İnformasiya əldə etmək” haqqında Azərbaycan Respublikası Qanununda, həm də KİV haqqında olan qanunvericilikdə göstərilib. Xüsusi olaraq informasiya verməli olan şəxslərin tərifi "İnformasiya əldə etmək” haqqında qanunda var. Yəni bu şəxslər ya özləri informasiyanı verməli, ya da onların seçdiyi məsul bir şəxs bu işlə məşğul olmalıdır. Həmin şəxs isə ya ictimaiyyətlə əlaqələr, ya da mətbuat şöbəsindən ola bilər. Bu qurumlar ictimaiyyətlə işləyirlərsə, auditoriyaları ictimaiyyətdirsə, deməli, insanları maraqlandıran suallara açıq olmalıdırlar”.


Bu kimi mələlərin qanun çərçivəsində tənzimləndiyini qeyd edən həmsöhbətimiz deyir ki, ictimaiyyətlə işləyənlərin nömrələri daim açıq olmalıdır: "Fərqi yoxdur, zəng vuran jurnalistdir, ya vətəndaşdır. "İnformasiya azadlığı” haqqında qanun təsadüfi qəbul olunmayıb. Çünki indi informasiya almaq və yaymaq təkcə jurnalistlərin monopoliyasında deyil. Yəni istənilən vətəndaşın ictimaiyyətlə işləyən quruma sual verib, cavab almaq hüququ var. Və bu, qanunla da təsdiq olunub. Vacib deyil ki, informasiya verən mütləq həmin qurumun rəhbəri olsun. İctimaiyyətə məlumat verəcək bir məsul şəxs seçib bu işi ona tapşıra bilərlər. Və həmin adam da məlumat verməyə borcludur. Amma əgər jurnalist informasiya vermək üçün seçilən şəxslə yox, birbaşa olaraq qurumun rəhbəri ilə danışmaq istəyirsə, o zaman məsələ bir az mübahisəli olur. Və onu da qeyd edim ki, qanunda məcburi olaraq birinci şəxsin verməli olduğu informasiya, bir
də mətbuat xidmətinin verməli olduğu informasiyalar göstərilir. Yəni bu şəxslər bilməlidirlər ki, ictimaiyyətlə işləyirlərsə, onlara zəng vuran şəxsə də məlumat verməlidirlər”.

"Bu məsələdə jurnalistlərin qınanmağının tərəfdarı deyiləm”

Ekspert məsələsinə gəlincə isə, bir sıra sahələrdə ekspert qıtlığı yaşandığını deyən Müşfiq bəy bunun jurnalistlər üçün ciddi problem yaratdığını deyir: "Nəzərə almaq lazımdır ki, jurnalistlər başqa xəbər istehsalçılarından fərqli olaraq yazı hazırlayarkən mütləq mütəxəssis rəyi almağa çalışırlar. Və ekspertlər az olduğundan, eyni adama olan zənglərin sayı çox olur. Bu da təbii olaraq onlarda narahatlıq yaradır. Amma həmin şəxslər öz sahəsində ixtisaslaşıbsa və informasiya vermək onların öhdəliyinə qoyulubsa, onlar gözləməməlidir ki, yüzlərlə jurnalist onlara zəng vursun. Bir hadisə baş veribsə, bu sahə üzrə ixtisaslaşmış qurum və ya ekspert məsələ ilə bağlı mövqeyini dərhal hazırlayıb, operativ şəkildə sosial şəbəkə profilində yayımlamalıdır. Yaxud da bir press-reliz hazırlayıb mətbuat orqanlarına göndərməlidir. Gözləməməlidir ki, kimsə zəng vursun. KİV qurumları da 1 deyil, 2 deyil, yüzlərlədir. Hamısı birdən zəng vuranda narazılıq yaranır. Və bu məqamda yenə də məsələnin kökü gedib qanuna çıxır. Qanunda göstərilir ki, ictimaiyyətlə işləyən qurumların mütləq onlayn resursları olmalıdır. Onlar baş vermiş və ya baş verməsi gözlənilən hadisələrə dair öz rəylərini hazırlayıb həmin onlayn resurslarda yaymalıdırlar. Amma təəssüf ki, bir çox qurum bu deyilənləri etmir. Ona görə də bu məsələdə jurnalistlərin qınanmağının tərəfdarı deyiləm. Jurnalistin işi başqalarından fərqli olaraq informasiyanı araşdırıb, dəqiqləşdirib sonra paylaşmaqdır. Və dövrümüzdə informasiyanın operativ, sürətli şəkildə yayıldığını nəzərə alaraq ekspertlər, ictimaiyyətlə işləyən qurumlar situasiyaya uyğunlaşmalıdır. Onlar düşünməlidirlər ki, necə edək ki, jurnalist axtardığı məlumatı vaxtında əldə edə bilsin”.

"Şəxs ekspertdirsə, mütəxəssisdirsə, ictimaiyyətə qapalı ola bilməz”

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli deyir ki, əgər bir şəxs cəmiyyətdə mövqeyinin əks olunmasını istəyirsə, bu zaman telefon nömrəsinin və ya ona aid olan başqa bir əlaqə vasitəsinin gizlədilməsində yox, tam əksinə, yayılmasında maraqlı olacaq: "Və ona zəng vuran zaman da, sizə "mənim nömrəmi haradan əldə etmisiniz” sualını verməyəcək. Bu şəxs ekspertdirsə, mütəxəssisdirsə, ictimaiyyətə qapalı ola bilməz. Əgər həmin adam bu və ya digər formada mövqeyinin mətbuatda getməyini istəmirsə, onda işlədiyi sahə üzrə heç bir halda fikir bəyan etməsin. Və jurnalistlər də cəmiyyətdə fikri maraqlı olmayan şəxsləri müsahib kimi seçməzlər. Daha çox elə insanları seçirlər ki, onların fikirləri ictimaiyyətə maraqlı olsun. Yəni dolayı yolla desək, müsahib kimi seçilən şəxslər ictimai fiqurlardır. Və ictimai fiqur, ictimai xadim olan şəxslərin də kommunikasiya vasitələri gizli deyil, açıq olmalıdır. Danışmaq istəyən onsuz da heç bir bəhanə gətirmədən danışacaq. Həmin adamın nömrəsinə jurnalist zəng vurubsa, demək ki, həmin nömrəni haradansa əldə edib. Və o şəxsə bildirmək lazımdır ki, siz nömrəni kiməsə verməsəniz, onu qətiyyən əldə etmək olmaz. Demək ki, nömrə sizin iradənizlə yayılıb. Nömrəsini kiminsə bilməsini istəməyən, onu heç kimə verməz. Bu da mümkün olan bir şey deyil. İstənilən halda nömrə yayılır”.
\\kaspi.az\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru