"Acından ölürdün, sənə vəzifə verdim, indi şişibsən?" - Gəncənin başçısı ilə bağlı ŞOK İDDİA
Tarix: 19-03-2018, 10:53 | Çap et
...14 mart 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Yelmar Vəliyev Yeni Azərbaycan Partiyasının binasında Gəncə şəhəri ictimaiyyəti ilə görüşüb… Həmin iclasda iştirak edən, adının çəkilməsini qəti surətdə və bəlli səbəbdən istəməyən şəxs (aşağıda ad şərti veriləcək) «Təzadlar»a bu iclasda baş verənlər barədə yazı göndərib… Təbii ki, qeyri-etik ifadələri çıxaraq, yazını ixtisarla veririk. Ona görə yox ki, bizim çox hörmətli Yelmar Vəliyevlə hansısa problemimiz var… Ona görə dərc edirik ki, Yelmar müəllim nə etdiklərinin fərqində olsun, insanlarla, xüsusən də tabeliyində olanlarla qəzəbli və kinli, aşağılayıcı formada rəftarın sonu pis ola bilər. Gəncə camaatı nəsilli-köklüdür, təhqiri və aşağılamağı hamı kimi qəbul edən deyil… Və biz Yelmar müəllimi gələcəkdə baş verə biləcək pis hadisələrdən və münasibətlərdən qorumaq üçün bu yazını dərc etməli olduq. Hər halda bu yaxşılığımızın pis yerə yozulmayacağına əminik: Hörmətli «Təzadlar»! 14 mart 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Yelmar Vəliyev Yeni Azərbaycan Partiyasının binasında Gəncə şəhəri ictimaiyyəti ilə görüşdü… O, bu görüşdə iclasdakıların gözü qarşısında müxtəlif vəzifə sahiblərini və ona problemləri ilə bağlı müraciət edənləri təhqir etdi. Təhqir sadəcə, hansısa termin xarakterli sözlərdən yox, sadə xalq dilində, milli folklorumuzdakı ən pis sözlərdən ibarət oldu. Bunu heç kəs inkar edə bilməz ki, Elmar Vəliyev danışanda necə söyüş söyür… Bunu şəhər əhalisi çox gözəl bilir. Elmar Vəliyev Gəncə şəhər icra Hakimiyyəti başçısının kommunal məsələlər üzrə müavini Mikayıl Zeynalovu ictimaiyyət qarşısında çox pis söydü. Küçə söyüşləri ilə təhqir etdi. Zalda qadın, ağsaqqal, cavan olmasının fərqinə varmadan Elmar Vəliyev Mikayıl Zeynalovu söyüşlə zaldan qovdu… (Elə söyüşlərdir ki, dilə gətirə və yaza bilmirik.RED.). Pis söyüşlər işlətməklə yanaşı, o, dedi ki, «Acından ölürdün, sənə vəzifə verdim, indi şişibsən, Çıx ....... çölə!!!». Həmin iclasdakı bu rəftarı telefonla yazmışıq, göndəririk, lazım olar… Qaz pulu ilə bağlı bir nəfər şəhər sakini müraciət edərək limitə düşdüyünü deyəndə, Elmar Vəliyev Gəncə Qaz İdarəsinin rəisi Rauf Qasımovu (rəisin 22-256-66-67 iş telefonuna dəfələrlə zəng etsək də cavab verən olmadı, onunla danışmağa çalışırıq.RED.) ayağa qaldırıb olmazın söyüşlərlə təhqir etdi. Müdir izah etmək istədi ki, cənab başçı,vətəndaş qaz pulu üzrə qoyulan limiti keçib. Ona görə də limitə düşüb. E.Vəliyev qışqıraraq dedi: «…Əclaf, sən salıbsan onu limitə». Müdir bildirdi ki, cənab başçı, mən yox, ölkə başçısı İlham Əliyevin fərmanı ilə bu limit yaranıb. Elmar Vəliyev yenidən başladı qışqırmağa, "…get … ye…, sən … yeyirsən ata ananla. Səni limitə elə salaram ki, özündə bilməzsən". Sonra başçı üzünü Gəncə şəhər prokuroru Fazil Həsənəliyevə tutub dedi: "Bunu tutun". Prokuror bildirdi ki, «Mən onu hansı əsasla tutum? Mən onu tuta bilmərəm». Sonra Elmar Vəliyev yenidən rəisin üstünə qışqıraraq bildirdi ki, «…Kül sənin başına…». Sonra Elmar Vəliyev Gəncə Şəhər Polis İdarəinin rəisi Faiq Şabanova müraciətlə bildirdi ki, «Bunu aparın içəri salın, ağılı başına gəlsin…». Bu məqamda qaz idarəsinin rəisi ilə əlaqədar nazirlikdən E.Vəliyevə iclas vaxtı zəng etdi. Elmar Vəliyev yenidən qışqıraraq həmin şəxsə bildirdi ki, «Sən kimsən, get işinlə məşğul ol...». Sonra o, üzünü Gəncə Şəhər Polis İdarəinin rəisi Faiq Şabanova tutub dedi ki, «Bu Gədəbəy, Daşkəsən rayonlarından olanları yüz dəfə demişəm ki, Gəncəyə «propiska» etməyin. Qoy getsin dağlarda qoyunlarını otarsın. Nə var şəhərdə? Gəlirlər axışırlar şəhərə. Sonra da məndən torpaq istəyirlər». Bu zaman yerdən bir nəfər Gədəbəyli sakin ayağa qalxaraq dedi ki, Elmar müəllim, o rayonların insanları bu respublikanın vətəndaşları deyilmi? Harada istəsələr orada da yaşaya bilərlər. Sən kimsən ki, vətəndaşlar arasında ayrı-seçkilik yaradırsan? Bundan sonra başçı özünü cilovlayıb dedi ki, «Mən elə demədim, yəni deyirəm ki, nə var buralarda, təmiz dağ havası, gözəl təbiət, get yaşa da özün üçün o dağlarda». Daha sonra bir nəfər vəzifəli şəxsə dedi: «Sən kommunalın işçilərinin hərəsinə 150-200 manat pul verməlisən… Nə baxırsan? Get ver, canın çıxmaz!». Göründüyü kimi o, açıq aşkar çəkinmədən kimlərəsə haqq qoyur. Bundan sonra E.Vəliyev ön sıralarda oturan müavini Sevda Qurbanəliyevaya müraciətlə dedi: «Nə baxırsan? Sən də pul istəyirsən? Narahat olma, sənin pulunu… özüm verəcəm…». Başçı daha sonra əsəbi halda bildirdi ki, «Şəhərin yiyəsi mənəm... Gəncədə elə kişi varmı ki, mənim dediyimin əksinə gedə. Kişi varsa, əlimi qoyuram bura, gəlsin əlini əlimin üstünə qoysun…». İclas prosesi zamanı rəhbərə yaraşmayan söyüşlər və digər qəzəbli hərəkətlər sona qədər davam etdi. Gəncə sakini və ziyalısı olaraq soruşuruq: cənab Elmar Vəliyev, məgər ölkə rəhbəri İlham Əliyev deməyibmi ki, məmurlar özlərini xalqa əxlaqlı, mədəni göstərməli, onlarla etik normalar çərçivəsində münasibət qurmalıdır, heç kimin haqqı yoxdur ki, kimi isə təhqir etsin! Sual vermək lazımdır ki, Elmar Vəliyev sən kimsən ki, insanlarla belə rəftar edirsən? Qəzəbli halda iclasda insanlarla türklər demişkən, alay edirsən, insanları məsxərəyə qoyursan. Kim bu səlahiyyəti verib sizə? Sənə kim bu səlahiyyəti verib ki, Gədəbəy və Daşkəsən camaatına qarşı yaraşmayan hərəkət edirsən? Və bu rəftarlar nə vaxta kimi davam edəcək??? Elə bilirsiniz ki, ölkə Prezidenti bu işlərdən xəbər tutmayacaq? Şəxsən Gəncə camaatı bu hərəkətlərinizi Prezidentə nə yolla olur-olsun, çatdıracaq… Onda kim olduğunuzu biləcəksiniz… Hörmətli «Təzadlar»! Sizə həmin iclasda iştirak edənlərin bir çoxunun telefon nömrəsini göndəririk, onları dindirin, gəlin Gəncəyə, araşdırın, iclasda daha nələrin olduğunu biləndə şoka düşəcəksiniz, təəssüflənəcəksiniz… P.S. Gəncəç şəhər İH-nə bu dəqiqələrdə etdiyimiz çoxsaylı zənglərə hələki cavab verən yoxdur… Şəxsən çox hörmətli Elmar Vəliyevin bu məsələyə dair mövqeyini öyrənmək istərdik… Ola bilsin kimsə onu həmin günü bərk əsəbləşdiriB. Ona görə belə vəziyyət alınıb… Bütün hallarda «Təzadlar» məsələyə aydınlıq gətirməyə çalışır… \\tezadlar.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|