İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                 

“Meqa-Siti Holding” şirkətində nə baş verir? - Nazirlik rəsmisinə İTTİHAM
Tarix: 27-02-2018, 11:04 | Çap et
“Meqa-Siti Holding” şirkətində nə baş verir?
Ötən saylarımızda da bildirdik ki, Bakı şəhəri Rəsulzadə qəsəbəsi, Bakı Fəhləsi küçəsi ev10-da yaşayan Sultan Novruzov “Meqa-Siti Holding” MMC şirkətilə 18 mart 2008-ci ildə 50,2 kvm. bir otaqlı mənzil almaq üçün müqavilə bağlayıb. Müqavilənin şərtinə görə S.Novruzov şirkətə 36 min ABŞ dolları məbləğində pul ödəməli, şirkət də 24 ay ərzində həmin mənzili tikib alıcıya təhvil verməlidir. S.Novruzov müqavilənin şərtinə uyğun olaraq 31 min ABŞ dolları pulu şirkətə ödəyir, lakin 24 ay və daha neçə il keçməsinə baxmayaraq ev hazır olmayıb deyə qalan pulu ödəmir. Belə olan sürətdə S.Novruzov adiyyətı üzrə Xəzər rayon Məhkəməsinə müraciət edir. Məhkəmənin 13 dekabr 2013-cü il tarixdə, hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə keçən iclasında şirkətin 31 min ABŞ dolları məbləğində pulu S.Novruzova ödənməsi üçün qərar çıxarılır. 2017-ci ilə qədər bu aliliyini rəhbər tutacaq qərar icra olunmadığına görə artıq Yasamal rayon Məhkəməsinin icraaçıları şirkəti yenidən məhkəməyə verirlər. Hazırda Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə keçirilən məhkəmə iclası yekunlaşmaq üzrədir.

Yazılarımızda o da qeyd olunmuşdu ki, Şirkətin formal, yəni heç bir səlahiyyəti, möhürü olmayan direktoru Elnur Məmmədov günahsız yerə həbs olunub. E.Məmmədovun atası, Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 35 mənzil 158 -də yaşayan YAP idarə heyətinin üzvü, Ağsaqqallar şurası Təftiş komisiyasıının sədri, 70 yaşlı təqaüdçü Adil Məmmədovun ötən sayımızda prezident cənab İlham Əliyevə və Ədliyyə naziri cənab Fikrət Məmmədova ünvanlı müraciətini də dərc etmişdik. A.Məmmədov müraciətində göstərir ki, oğlu Elnur Məmmədovun heç bir günahı yoxdur və bütün fırıldaqçılığa yol verən “Meqa-Siti Holding” MMC-nin təsisçiləri Aqil Qədirov, Fariz Nuriyev, Maksim Zeynalov, Mübariz İbrahimov və onların arxasında duran Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat idarəsinin rəis müavini Mehman Sultanov və müstəntiq Elman Yahyadır. Məhz M.Sultanovun sayəsində nazirliyin istintaq idarəsinin müstəntiqi Elman Yəhya istintaqı düzgün aparmamış və 18.05.2017-ci il tarixində tərtib etdiyi ittiham aktı düzgün hazılanmayıb və nəticədə günahsız insan Elnur Məmmədov 7 aya yaxındır ki, həbsdədir.
Bu sirkətdən şikayətlər bitib tükənmək bilmir. Onlardan daha birinin, Müşfiqabad qəsəbəsi bina 5 v, mənzil 15-də yaşayan Əlixanova Tərlan xanımın da bu şirkətin Yeni Yasamal Əsəd Əhmədov küçəsində, 77 saylı marşurut avtobusunun son dayanacağında tikdiyi binanın liftinin, su anbarının olmamasından, bunlar üçün Maksim Zeynalova 750 ABŞ dolları əlavə pul da verməsindən narazılığını ötən sayımızda diqqətə çatdırmışdıq.
İndi isə daha iki nəfərin, Bakı şəhəri Nərimanov rayonu A.Heydərov küçəsi ev 29, mənzil 2-də yaşayan Allahverdiyev Müslüm Ağası oğlu və Salayev İdris Balaxan oğlunun “Meqa-Siti Holdinq” MMC şirkəti barəda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya və digər dövlət qurumlarına, surəti isə qəzetimizə unvanlanmış müraciətlərinin birinci hissəsini olduğu kimi təqdim edirik. Elə bu müraciətdən də görünür ki, “Meqa-Siti Holdinq” MMC şirkətinin təsisçiləri Aqil Qədirov, Fariz Nuriyev, Maksim Zeynalov və Mübariz İbrahimovun vətəndaşları aldatmaları, bir mənzili bir neçə nəfərə satmaları, onları himayə edənin Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat İdarəsinin rəis müavini Mehman Soltanovun olması barədə yazdıqlarımızın hamısı düzdür. İndi isə həmi müraciəti diqqətə çatdırırıq.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə!
Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya!
Baş prokuror cənab Zakir Qaralova!
Surəti “Təzadlar” qəzeti redaksiyasına!
Bakı şəhəri Nərimanov rayonu A.Heydərov küçəsi ev 29, mənzil 2-də yaşayan
Allahverdiyev Müslüm Ağası oğlu və Salayev İdris Balaxan oğlu tərəfindən

Müraciət
Hörmətli cənab Prezident!
Biz kiçik sahibkarlıq fəaliyyət ilə məşğluq. Siz sahibkarlığın inkişafına həmişə dəstək vermisiniz. Biz də bundan ruhlanaraq Respublikada aparılan geniş tikinti-quruculuq işləri üçün xarici dövlətlərdə olan tikinti materiallarının alınıb, Azərbaycana gətirilməsinə, müəyən qədər kömək edirik. Azərbaycan Respublikasına xüsusi tərkibli armaturların gətirilməsi məqsədi ilə Allahverdiyev Müslüm Agası oğlu şəxsi mülkiyyətində olan ailəsinin yaşadığı mənzili girov qoyaraq, Bankdan kredit götürmüşük və bu pul vəsaiti hesabına 75 000 (yetmiş beş min) manat dəyərində “armaturlar” gətirmişdik. Biz həm də əlimizdə olan digər “armaturları” Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində “Meqa-Siti Holdinq” MMC -nin (VÖEN 1200298311) inşa etdiyi yaşayış binasına və bu şirkətin təsisşisi Qədirov Aqil Əhməd oğlunun vasitəsi və iştirakı ilə Aqil Qədirova məxsus “İDEAL-R “ MMC-nin Xırdalan şəhəri, Quba-Bakı maqistral yolunun qərbində inşa etdiyi, dörd girişli, altı mərtəbəli yaşayış binasının tikintisi üçün vemişik. Bütövlükdə isə bizdən ümumi dəyəri 250 000 (iki yüz əlli min ) manatlıq “armatur “ götürüb istifadə ediblər.
Sonradan “Meqa-Siti Holdinq” MMC və “İDEAL-R” MMC maliyyə çətinliyinə əsaslanaraq aldıqları malın dəyərində mənzillər təklif etmişlər və biz də buna razılıq vermişik. Hesab edirdik ki, binaların tikintisi başa çatdıqdan sonra mənzilləri sataraq kreditimizi bağlayarıq.
“Meqa-Siti Holdinq” MMC bizə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi çoxmərtəbəli binanın 18-ci mərtəbəsində ( binanın “sağ” tərəfində ) ümumi sahəsi 102,4 kv.metr, dəyəri 60 000 manat olan 3 otaqı mənzil verilmişdir .
14 yanvar 2015-ci il tarixində “ Meqa-Siti Holdinq” MMC ilə aramızda 005 saylı müqavilə imzalamışıq və 14 dekabr 2015-ci il tarixində isə mənzilin dəyərinin tam ödənilməsi barədə İ. Salayevə 16 saylı “maliyyə arayışı” verilmişdir. Mənzil yerində - naturada bizə təhvil verilmişdir.
Müqavilənin layihəsi bizə “ Meqa-Siti Holdinq” MMC tərəfindən təqdim edilmiş və təqdim edildiyi şəkildə də imzalanmışdır. Müqavilənin hər bir səhifəsi “alıcı” və “satıcı” tərəfindən imzalanmaqla MMC-nin dairəvi möhürü ilə imzalar təsdiqlənmişdir.
Hörmətli cənab Prezident!
Verdiyimiz malların dəyərləri satılan mənzilin dəyərindən çox olduğundan həmin müddətdə “Meqa-Siti Holdinq” MMC-nin təsisçisi ( MMC-nin Nizamnaməsinin 7.5-ci maddəsinə əsasən MMC-nin direktorunun 1 000 (bir min ) manatdan yuxarı müqavilə imzalamaq səlahiyyəti olmadığından) təsisçi Qədirov Aqil Əhməd oğlu ilə Allahverdiyev Müslüm Agası oğlu arasında 15 yanvar 2015-ci il tarixində Bakı şəhəri, 42 saylı notariat kontorunda “Borc müqaviləsi “ imzalanmış, təhvil verilmiş malların dəyərindən qalan 15 000 (on beş min ) AZN məbləğində borcun 4 ay 14 gün müddətinə qaytarılacağını təsisçi Qədirov Aqil Əhməd oğlu öz öhdəsinə götürmüşdür.
Borc vaxtında ödənilmədiyindən notarius tərəfindən icra qeydi aparılaraq Səbail İcra Şöbəsinə göndərilmişdir. Borclu Qədirov Aqil Əhməd oğlu borcun ödənilməsindən yayındığından Səbail İcra Şöbəsi 29.06.2017-ci il tarixində borclunun axtarışı barədə qərar qəbul edərək Nərimanov rayon Pİ-nə göndərilmişdir. Bu günə qədər borclunun axtarışı bir nəticə verməmişdir.
MMC-nin rəhbərliyi binada görülən işləri müəyyənləşdirdiyimiz vaxtda yerinə yetirmədiyindən, liftlər quraşdırılmadığından və liftlərə görə MMC tərindən alıcılardan əlavə pul tələb edildiyindən, binada mənzil alanların ümumi siyahısında göstərilən mənzil alıcıları bir araya yığışaraq, dəfələrlə Bakı şəhər və Yasamal rayon İcra Hakimiyyətlərində olmaqla şikayətlər etmişik. Lakin şikayətlərimiz baxılmamış qalmışdır.
Hörmətli cənab Prezident!
“Meqa-Siti Holdinq” MMC-nin təsis edilməsi barədə məlum olanlar bunlardır:
Fiziki şəxslər Qədirov Aqil Əhməd oğlu 20 (iyirmi ) manat payla, 20 (iyirmi ) paya, Nuriyev Fariz Əsgər oğlu 15 (on beş) manat payla, 15 (on beş) paya , Quliyev Ülvi Fəxrəddin oğlu 15 (on beş) manat payla 15 (on beş) paya və Zeynalov Maksim Ağaqulu oğlu 10 ( on ) manat, 10 (on) paya malik olmaqla cəmi 60 (altmış ) manat nizamnamə kapitalı ilə 06.04.2007 -ci il tarixində “Meqa-Siti Holdinq” MMC-ni təsis etmişlər.
06 oktyabr 2010-cu ildə təsiçi Quliyev Ülvi Fəxrəddin oğlu Nəsirzadə Fərhad Rauf oğlu ilə əvəz edilmişdir. Son illər isə bu təsisçi də Mübariz İbrahimovla əvəz edilmişdir.
“Meqa-Siti Holdinq” MMC-nin Nizamnaməsinin 7.5-ci bəndinə əsasən Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi qanuni təmsilcilik funksiyasına malik olan Direktor tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Direktor Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirir və bu məqsədlə 1 000 (bir min ) manata qədər bağlanacaq əqdlərdə imza səlahiyyətinə malikdir. 1 000 (bir min ) manatdan yuxarı əqdlərdə təsisçilər tərəfindən rəsmi razılıq aldıqdan sonra imzalamaq səlahiyyəti verilmişdir.
MMC təsis olunandan 23.10.2007-ci il tarixinədək MMC-nin direktoru Nuriyev Fariz Əsgər oğlu olmuşdur.
23.10.2007-ci il tarixindən sonra isə MMC-nin direktoru Məmmədov Elnur Adil oğlu olmuşdur. MMC-nin Nizamnaməsinin 7.5-ci bəndinə əsasən onun 1 000 (bir min) manatdan yuxarı əqdlər imzalamaq səlahiyyəti olmamışdır. Bu səbəbdən müqavilələrdə direktor kimi Elnur Məmmədov göstərilsə də, faktiki olaraq müqavilələri təsisçilər imzalayaraq, satışa görə ödənilən pul vəsaitlərini də təsisçilər qəbul etmişlər. Bir cox hallarda təsiscilər müqaviləni imzalayan zaman öz adlarını və soy adlarını göstərmişlər.
Müqavilələr demək olar ki, təsiscilər Qədirov Aqil Əhməd oğlu və Nuriyev Fariz Əsgər oğlu tərəfindən imzalanmaqla mənzillərin satışına görə ödənilən pul vəsaitlərini də onlar qəbul etmişlər.
Təsisçi Nuriyev Fariz Əsgər oğlu tək, təsiscilər Qədirov Aqil Əhməd oğlu isə digət təsisçi Zeynalov Maksim Ağaqulu oğlu ilə birlikdə fəaliyyət göstərməklə aldıqları pulları da öz aralarında bölmüşlər. Müqavilələri Qədirov Aqil Əhməd oğlu imzalamış, Zeynalov Maksim Ağaqulu oğlu isə, onda olan MMC-nin dairəvi möhürü ilə müqavilələti təsdiq etmişlər.
Son zamanlar “Meqa-Siti Holdinq” MMC-nin və təsisciləri mənzil alanlara əsassız problemlər yaratması səbəbindən, satılmış mənzillərə 2-ci və bəzi hallarda 3-cü alıcıların araya çıxması səbəbindən narazılıqlar artmış və buna görə təsisci Qədirov Aqil Əhməd oğlu qaçaraq, mənzil alanlardan gizlənmişdir. Təsisci Nuriyev Fariz Əsgər oğlu MMC-nin inşa etdiyi 1 saylı binaya onun heç bir aidiyyətının olmadığını bildirmişdir. Diğər təsisçi Mübariz İbrahimov yeni gəlməsini bildirərək, baş verənlərdən məlumatının olmadığını söyləmişdir.
4-cü təsisçi Zeynalov Maksim Ağaqulu oğlu isə bildirir ki, “ Kimdən ev almısınız , kim Sizin müqavilələri imzalamışsa, gedin ondan evinizi tələb edin “
“Meqa-Siti Holdinq” MMC-nin direktoru Məmmədov Elnur Adil oğlu formal olaraq MMC-nin direktoru olmuşdur. Biz ümumiyyətlə onu tanımırıq. Biz müqavilə imzalayan zaman müqaviləni təsisçi Qədirov Aqil Əhməd oğlu imzalamış və dairəvi möhürü isə Zeynalov Maksim Ağaqulu oğlu vurmuşdur.
Hörmətli cənab Prezident!
Artıq iş o yerə çatıb ki, daha təsisçilər bir-birilərinə kələk gəlirlər. Belə ki, pul dövriyyəsinə nəzarəti əldən buraxmamaq məqsədi ilə dairəvi möhürü Zeynalov Maksim Ağaqulu oğlu heç kimə vermirdi. Hazırda da, bu dairəvi möhür Maksim Zeynalovdadır. Bundan və Qədirov Aqilin qaçıb gizlənməsindən istifadə edən Maksim bir çox şəxslərə, əsasən öz yaxın adamlarına geri tarixlərlə Qədirov Aqilin saxta imzası ilə müqavilələr imzalayaraq verir və onlara bildirir ki, tez gedin bizi verin məhkəməyə və mən Sizin qətnamələrinizdən şikayət verməyəcəyəm. Köhnə mənzil sahibləri hara istəyirlər şikayət etsinlər. Xeyri olmayacaq.
\\tezadlar.az\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru