Xaləddin İsgəndərovdan seçki öncəsi sabotaj - Başçı bunu qəsddən edir?
Tarix: 12-02-2018, 08:54 | Çap et
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun “qoçu dəstələri”nin qanunsuzluqları sərhəd tanımır. Yada salaq ki, fevralın 7-də özünü Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin əməkdaşı kimi təqdim edən Rəfael adlı şəxs başının dəstəsi ilə 99 saylı sahədə yerləşən Ceyran Alışan qızı Rəfiyevanın evinə hücum edib. Onlar ahıl qadının əlindəki və dövlət orqanlarının verdiyi tikintiyə aid sənədlərinə məhəl qoymayaraq hasarını uçurublar, ondan 7 min manat rüşvət tələb ediblər. Bu haqda İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov youtube kanalında çıxış edib. Hadisə yerinə gedərək sökülmüş hasarın fonunda mülk sahibi Ceyran Rəfiyeva ilə baş verənləri anladıblar. Bu haqda “Yeni Müsavat”ın ötən sayında “Binəqədinin icra başçısına yeni rüşvət ittihamları - FOTOLAR, VİDEO” sərlövhəli yazı dərc etmişdik.
Bundan sonra Rasim Məmmədova, vətəndaşa Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, tikintiyə aid sənədlər qanunidir, tikinti apara bilərlər, heç bir problem yaradılmayacaq. Vətəndaş tikintiyə aid eskizə əsasən evin 1-ci mərtəbəsini ucaldıb. Rasim Məmmədovun özünü isə Binəqədi Rayon İcra Hakimiyyətinə tikintiyə aid sənədlərlə bağlı söhbətə dəvət ediblər. Həmin vaxt isə Xaləddin İsgəndərov təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramovu başının dəstəsi ilə 9-cu sahəyə göndərib və ahıl qadının dövlət orqanlarının verdiyi sənədlər əsasında tikdirdiyi evini trakrorla söküb yerlə bir ediblər. Əraziyə Qüdsü Bayramovun başçılığı altında Elgün, Pərviz, Arif, Zaur, Rəfael və Orxan şəxslər göndərilibmiş.
R.Məmmədov baş verən qanunsuzluqlarla bağlı “Yeni Müsavat”a bunları deyib: “2-3 gün idi ki, Xaləddin İsgəndərov ən müxtəlif adamlara zəng etdirib məni bu işdən geri çəkilməyimi istəyirdi. Zəng edənlər arasında xahiş edənlər də, hədə-qorxu gələnlərdə vardı. Mən də Xaləddin İsgəndərovun sözünü çatdıranlara dedim ki, biz vətəndaşın qanunla müəyyən edilən, Konstitusiya ilə qorunan hüquqlarının pozulmamasını, tapdanmamasını istəyirik. Bizim təşkilatın əsas məqsədi, məramı qanunların pozulmamasıdır. Fevralın 10-da 16:00-da YAP-ın Binəqədi Rayon Təşkilatının həyətindəki cay evində Xaləddin İsgəndərovun müavini Vüsal İsmayılovla oturub vətəndaşa verilən sənədlərlə bağlı müzakirə aparırdıq. İcra başçısının müavini 3 min manat rüşvət təklif elədi, stolun üstünə salfetkaya bükülmüş bağlama qoydu. Ona bildirdim ki, təşkilatımızın fəaliyyəti kimlərdənsə pul qoparmaq üçün deyil, vətəndaşlara xidmət etməkdir. Səhv edib bizə rüşvət təklif edirlər”.
R.Məmmədov deyib ki, Vüsal İsmayılovla söhbət etdiyi zaman vətəndaş Ceyran Rəfiyeva ona zəng edib: “Dedi ki, Xaləddin İsgəndərov təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramovu başının dəstəsi ilə göndərib və evini traktorla dağıdıb, yerlə bir ediblər. Əraziyə Qüdsü Bayramovun başçılığı altında Elgün, Pərviz, Arif, Zaur, Rəfael və Orxan göndəriliblər. Vüsal İsmayılova dedim ki, qanunsuz hərəkətlər etməklə ölkə rəhbərliyinin yeritdiyi siyasətə qarşı çıxırsız, prezident seçkiləri öncəsi vətəndaşları dövlətdən narazı salırsız. Şəxsi mülkiyyətdə olan torpaqda 1-ci mərtəbəsi tikilmiş evi uçurmaq cinayətdir, Azərbaycan Konstitusiyasını ayaqlar altına atıb tapdamaqdır. Xaləddin İsgəndərova bu səlahiyyəti verən olmayıb, bu özbaşınalıqdır. Təşkilatımız məhkəməyə, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcək və qanunsuzluq edənlərin cəzalandıırlmasını tələb edəcəyik”.
Rasim Məmmədov Xaləddin İsgəndərovla baş verənlərdən 20 gün əvvəl Heydər məscidinin yanında görüşdüklərini və tikintinin aparılması ilə bağlı müzakirə apardıqları söylədi: “Xaləddin İsgəndərov şəxsən özümə bildirdi ki, vətəndaşın sənədləri düzdür, gedib tiksin. Vətəndaş tikintiyə başladı, 3 gün sonra, yəni fevralın 6-da Xaləddin İsgəndərov ora adam yolladı, dedi ki, işi dayandırın. Guya hansısa sənədlər yoxdur, it-bata düşüb. Sənədləri də təqdim etdik. Hacıbala Abutalıbovla da görüşüb ondan xahiş etdik ki, qanuni aparılan tikintiyə maneçilik törədilməsinin qarşısını alsın. Hacıbala müəllim vətəndaşın ərizəsinin üstünü yazdı. Bundan sonra tikinti aparıldı. Bu dəfə Xaləddin İsgəndərov əraziyə Rəfael adlı bir nəfəri göndərmişdi. O gəldi, üstünü Hacıbala Abutalıbovun yazdığı ərizəyə baxıb dedi ki, ərizə saxtadır və evi uçurtdu. Bundan sonra biz müraciətlər elədik. Tikinti aparılmasına dair sənədləri təqdim etdik. Dedilər vətəndaş evini tiksin, sənədlər qanunidir. Bundan sonra da belə bir qanunsuzluq etdilər. Bu Azərbaycanda ulu öndərin ideyalarına qarşı böyük təhlükələrin olmasının göstəricisidir”.
Rasim Məmmədov deyib ki, vətəndaş Binəqədi rayonu, Biləcəri qəsəbəsində 3 sot yarım sahə alıb və özəlləşdirib. Bütün strukturlardan keçərək mülkiyyət hüququ alıb və ev tikintisinin eskizini çəkdirib. Binəqədi Rayon İcra hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin rəsmiləri isə tikinti aparmaq üçün vətəndaşdan 7 min manat rüşvət tələb edirlər. Bu pulu vermədiyinə görə əmlakına qəsd törədilib.
R.Məmmədov bildirib ki, İctimai Nəzarət Koalisiyası ölkə rəhbərliyinə müraciət edərək Biləcəri qəsəbəsində baş verən özbaşınalıqlarla bağlı tədbir görülməsini xahiş edəcək, müvafiq sənədlər, video, foto-materiallar da təqdim olunacaq.
Məsələ ilə bağlı adı hallanan hər kəsi, o cümlədən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun da mövqeyini dinləməyə, dərc etməyə hazırıq. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|