Hökumətdə dəyişikliklər davam edəcək... - yaxın həftələrdə təhsil naziri postuna təyinat reallaşa bilər
Tarix: 15-01-2018, 09:30 | Çap et
Azərbaycanın Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin (DGK) vahid qurumda birləşdiriləcəyi haqqında xəbərlərin instensivləşməsi, ölkədə böyük struktur və kadr dəyişikliyini yenidən gündəmə gətirib.
Belə bir ərəfədə prezident İlham Əliyevin dünən verdiyi yeni fərman bu istiqamətdəki proqnozların doğrulacağına ümidləri artırıb.
"Reytinq" xəbər verir ki, prezident İlham Əliyevin yanvarın ayın 12-də imzaladığı fərmana əsasən, Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilib.
Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi, Dövlət Mülki Aviasiya Administrasiyası əsasında isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Aparatının və regional bölmələrinin işçilərinin say həddi 145 ştat vahidi, o cümlədən Xidmətin Aparatının işçilərinin say həddi 100 ştat vahidi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi işçilərinin say həddi 65 ştat vahidi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi işçilərinin say həddi 48 ştat vahidi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti işçilərinin say həddi 18 ştat vahidi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun işçilərinin say həddi 12 ştat vahidi müəyyən edilib.
Bundan başqa, Dövlət Dəniz Administrasiyasının tabeliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxs statusu ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyinə verilib.
Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində olan Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi publik hüquqi şəxs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyinə verilib.
Fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorlarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
Göründüyü kimi, Prezident ötən ilin fevral ayında Nəqiyyat Nazirliyinin ləğv edilərək, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra yuxarıda qeyd edilən dünənki fərmanı ilə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbəri Ramin Quluzadəni super nazirliyin rəhbəri, eyni zamanda, ölkədə çox ciddi bir statusa sahibləndirib.
Ramin Quluzadə Əli Abbasovun korrupsiya şəbəkəsində yer alan vəzifəli şəxsəri uzaqlaşdıra biləcəkmi?
Xatırladaq ki, ötən ilin fevral ayında qeyd edilən nazirliyin yaradılmasının bir ili tamam olacaq. Ancaq prezident həmin vaxt nazirliyin əsasnaməsinin tam təsdiqənməsi üçün hökumətə 6 ay vaxt versə də, göründüyü kimi, bu, 1 ilə yaxın gecikdi. Görünür, gecikmə dünənki fərmanla bağlı imiş. Prezident yeni fərmanı ilə Ramin Quluzadənin rəhbərlik etdiyi nazirliyi super quruma çevriməklə, onun komanda daxilində 2-3 ciddi səlahiyyət sahiblərindən biri olmasına yol açdı. İndi gözlər təkcə bu nazirliyə birləşdirilən qurumların rəhbərlərinin vəzifədə saxlanılıb-saxlanılmayacağında deyil, həm də sabiq nazir Əli Abbasovun korrupsiya şəbəkəsində rol alanlara yenidən şans verilib-verilməyəcəyindədir. Unutmayaq ki, onarın bəziləri yenə də o qurumda rəhbər vəzifədədir. Ramin Quluzadə isə nazir təyinatından bu günədək onlarla yollarını ayıra bilməyib. Bu isə onu göstərir ki, o, ya bu problemin həllində çətinlik çəkir, ya təcrübə çatmır, ya da daxildən ciddi müqavimət var.
Gömrüklə verginin birləşməsinə təkan verəcək proseslər..
Məlumatlı şəxs dünənki fərmanı əsas tutaraq, qeyd edir ki, bu fərman hökumətə daxil olan bir çox nazirlik və komitə üçün siqnalıdır: “Düşünürəm ki, əgər Mikayıl Cabbarov da Ramin Quluzadə kimi etimad qazana bilərsə, onun rəhbərlik etdiyi Vergilər Nazirliyi də super nazirliyə çevrilə bilər. Lakin açıq demək lazımdır ki, yaxın aylarda gömrüklə verginin birləşdiriləcəyinə inanmıram. Böyük ehtimalla bu proses mərhələlərə həyata keçiriləcək və bir ildən çox davam edəcək”.
Bunun səbəblərinə gəlincə, mənbəmiz qeyd edib ki, səbəblərdən biri Mikayıl Cabbarovun vergilər naziri postunda özünü necə doğruldacağıdırsa, digəri birləşdirmə zamanı yeni problemlərin yaranma ehtimalıdır: “Ancaq mümkündür ki, hökumətdəki bəzi qurumların daha tez birləşdirilməsi gerçəkləşsin. Məsələn, bir neçə iqtisadi yönümlü agentlik və komitənin ləğv edilərək İqtisadiyyat Nazirliyinə, o cümədən su və kənd təsərrüfatı ilə bağlı sahələrin bir bayraq altında birləşdirilməsi daha tez həyata keçirilə bilər".
Ceyhun Bayramov özünü nazir kimi aparır
Məlumatlı şəxs ehtimal edir ki, qarşıdakı həftələrdə yeni təhsil nazirinin təyinatı da gerçəkləşə bilər: "Düşünürəm ki, Mikayıl Cabbarovun vergilər naziri postuna göndərilməsindən sonra boşalan təhsil naziri vəzifəsinə yaxın həftələrdə təyinat olacaq. Bu posta hazırda nazir vəzifəsini icra edən Ceyhun Bayramov da təyin edilə bilər. Bildiyimə görə, Mikayıl Cabbarov həm gənclik dostu, həm də həmyerlisinin xələfi olması üçün ən yüksək səviyyələrdə iş aparır və müsbət razılıq alıb. Son günlər Ceyhun Bayramovun nazirlikdəki davranışları da göstərir ki, o, artıq özünü təhsil naziri postunda görür".
Yasamala yeni başçı təyin olunacaq
Təhsil naziri vəzifəsi ilə yanaşı, ötən ildən boş qalan Yasamalın icra başçısı vəzifəsinə də yaxın vaxtlarda təyinat olacağı bildirilir: "Hesab edirəm, fevralın sonundək Yasamalın yeni icra başçısını da görəcəyik. Buna paralel olaraq, böyük ehtimalla Bakıya daxil olan 3 rayonun icra başçısı da vəzifədən xaric olunacaqlar ".
Sonda mənbə əminliklə bildirib ki, struktur islahatlarına keçiddən daha çox bir neçə nazir və xeyli icra başçısının vəzifədən kənarlaşdırılacağı daha realdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|