Xəzərin viran qoyduğu Xızı... - Söhbət başçıdan gedir...
Tarix: 8-01-2018, 10:19 | Çap et
Təqvim ilinin dəyişməsi ilə bağlı yola saldığımız 2017-ci ilin sonu və qarşıladığımız 2018-ci ilin ilk günlərində bizə verilən bir neçə günlük qeyri iş günü fürsətindən yararlanmaq qərarına gəldim. Bu Yeni İldə Bakıya qarın da yağmaması məndə “bəlkə orada qar oldu” həvəsini oyatdı. Bakıya nisbətən yaxın olan dağ royunu sayılan Xızıya yola düşməyi planlaşdırdım. Hava proqnozunda Xızının Altıağac bölgəsində qarın yağa biləcəyi ehtimalı da, səslənmişdi. Bu səbəbdən də, Altıağacdakı “Cənnət bağı” adlanan istirahət məkanını seçdim ki, bəlkə uşaqlara qar sevincini yaşada bildim. Bu yazını yazmaqda məqsəsdim heç də, Xızı rayonunda olduğum iki günlük təəssüratımı bölüşməklə insanlara romantik hislər yaşatmaqdan ibarət deyil. Çünki Xızıda rastlaşdığım mənzərə məndə bu həvəsi kökündən dəfn etmiş oldu. Səfərdən sonra qələmlə yenidən Xızıya ekskurs etməyimin başlıca səbəbi həmin rayonda şahidi olduğum və müasir Azərbaycanın inkişaf tempi ilə uzlaşmayan bəzi ciddi problemlərə işıq salmaq, onların həllinə nail olmaq istəyi ilə bağlıdır. Bakıdan Xızının rayon mərkəzinə aparan yolun ideal olmasa da, yaxşı vəziyyətdə olduğunu söyləmək olar. Xızının mərkəzindən Altağaca qədər olan məsafə 15-18 kilometrdir. Bakıdan yola çıxanda avtomobilimdə Altıağaca çata biləcəkdən də artıq miqdarda yanacaq vardı. Ancaq qərara gəldim ki, Xızı rayonunda avtomobilə əlavə yanacaq doldurum ki, orada olduğum müddətdə mənim lazım olan ehtiyacımı ödəsin.
Rayonun mərkəzi bir küçədən ibarətdir. Çox səliqəli şəkildə yolun hər iki tərəfində müasir üslubda tikilən dövlət qurumlarının binaları görünür. Hətta bu birküçəlik inzibati rayon mərkəzində işıqforun da olduğunu görəndə ilk baxışdan bu təəssürat yarandı ki, yəqin icra başçısı yaxşı işləyən adamdır. Həmin mərkəzi küçə boyu maşını “zapravka” etmək üçün bir dənə də olsun yanacaqdoldurma məntəqsi gözümə dəymədi. Fikirləşdim ki, yəqin arxa küçələrdən birində olar. Gözümə mərkəzi küçənin sonunda istirahət mərkəzlərindən gələn- gedən avtomobillərin hərəkətini “izləyən” DYP əməkdaşları dəydi. Avtomobili onların yanında saxlayıb, haradan yanacaq doldura biləcəyimi soruşdum. Gördüm ki, mənə ironik tərzdə cavab verdilər: ”Müəllim,yəqin buralara yaxşı bələd deyilsiniz. Xızıda bir dənə də olsun yanacaqdoldurma məntəqəsi yoxdur. Benzini həyətlərdə satırlar. Ən yaxın “zaprafka” isə 30 kilometr burdan aralıda olan Giləzidədir”. Təəccüb məni bürüdüyü üçün, onlara “Altıağac tərəfdə də yoxdur?” sualını verdim.
Yenə gülərək mənə “rayonun mərkəzində yoxdursa, Altağacda “zaprafka” nə gəzir?” cavabını verdilər. Əlacsızlıqdan onlardan benzin satılan həyətin yerini öyrəndim. İzah etdilər ki, həmin mərkəzi küçə ilə üzü Bakıya tərəf qayıdanda işıqfordan sola dönüb, bir az getdikdən sonra həyətlərdən birinin qabağında “benzin satılır” elanı qarşıma çıxacaq. Getdim, həmin həyəti tapdım. Gördüm ki, məndən qabaqda iki cavan oğlan da benzin almaq üçün ev sahibini adı ilə çağırırlar. Həmin anda başa düşdüm ki, onlar yerli adamlardı. Onlarla etdiyim qısa söhbət əsnasında başa düşdüm ki, rayonda “zapravkanın” olmamağı onları da ciddi narahat edir. Ev yiyəsi arxasında “polis” sözü yazılan bir gödəkcə ilə qarşımıza çıxdı. Yerli cavanlardan soruşdum ki, benzini satan polisdi? Dedilər ki, yox, kişi müəllimdir, oğlu polisdə işləyir, yəqin onun gödəkcəsini geyinib. Kişi bildirdi ki, benizinin litrin 1 manata satır. Düzü, plastik qablara doldurulan mayenin hansı keyfiyyətdə benzin olduğunu yoxlamaq imkanım yox idi. Bu səbəbdən də, hər litri üçün dövlət qiymətindən 10 qəpik baha qiymətə benzini alıb maşınıma doldurdum. Kişi bir söz də dedi ki, o nisbətən insaflıdır, Altıağacda bundan aşağı keyfiyyətdə olan benzinin litrini 1 manat 20 qəpiyə satırlar.
Belə başa düşdüm ki, Xızı rayonu ərazisində benzin satışı ilə hansısa bir mütəşəkil dəstə məşğul olur və bundan yerli polisin, hətta icra hakiminin özünün də xəbəri var. Əslində, bu “qara” biznesdən külli miqdarda qazanc əldə olunur. Xızı rayonunun benzinə olan tələbatını və rayon ərazisində bir dənə də olsun yanacaqdoldurma məntəqəsinin yoxluğunu nəzərə aldıqda məlum olur ki, yerli sakinlər hər litri üçün 10-30 qəpik arasında baha qiymətə kefiyyəti məlum olmayan benzini almağa vadar edilir. Onda sual olunur: “yerli əhalinin narazılığına, rayon rəhbərliyinin isə narahatçılığına belə səbəb olmayan bu vəziyyət kimə sərf edir?” Cavab birmənalı olaraq bəllidir. Həmin “qara” biznesin arxasında duranlara. Yerli əhaliylə bu xüsusda etdiyim söhbət əsnasında onu da öyrənə bildim ki, Xızının girəcəyində “zapravka” olub. Sadəcə, icra başçısı ilə həmin iş adamı arasında yaşanan konflikt səbəbindən yeganə yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Bir sözlə, Xızı əhalisi kimlərinsə prinsipinə görə, bu cür əziyyət çəkməyə vadar edilib. Qanı qaralmış vəziyyətdə istirahət mərkəzinə yollandım. Havanın soyuluğu və Bakıdakı qrip epidemiyasının təsirindən qalan vəziyyət uşağın hərətini qaldırdı. İstirahət mərkəzində dərman tapa bilmədim. Məcbur qalıb, dumanlı və olduqca risqli havada avtomobilə minib yenidən rayon mərkəzinə yollandım.
Mən nə biləydim ki, sən demə, Xızı rayonu “zaprafka” ilə yanaşı, həm də aptek dərdini yaşayırmış. Sən demə, uzun illərdi ki, Xızıda bir yerdə də olsun aptek fəaliyyət göstərmir. Bayram günləri olduğu üçün, xəstəxana da işləmirdi. Növbəti sürprizlərlə rastlaşmamaq üçün məcbur qalıb ailə -uşağımı da götürərək, istirahətimi yarımçıq saxlayıb, Xızını tərk etməli oldum. Xızıdakı yerli əhaliylə etdiyim söhbətlərdən sonra mənə o da məlum oldu ki, rayon mərkəzində bazar da fəaliyyət göstərmir ki, bu da kənd təsərrüfatının geniş inkişaf etdiyi rayon əhalisinin istehsal etdiyi məhsulların realizə olunmasına çətinlik yaradır. Çox maraqlıdır ki, Xızı rayonunun icra başçısı Xəzər Aslanov etdiyi bütün çıxışlarında rəhbərlik etdiyi rayonun yüksək templə inkişaf etdiyindən danışır. Onda isə biz ona belə bir sual ünvanlayırıq: “Bazarı, apteki, yanacaqdoldurma məntəqəsi olmayan bir rayonda hansı inkişafdan danışmaq olar?” Düşünürəm ki, əlaqədar qurumlar Xızıdakı bu acınacaqlı vəziyyəti aradan qaldırmaq üçün əməli fəaliyyətə keçəcəklər.(Azinforum.az)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|