Əsas Səhifə > Dünya > İran lideri əməkdaşlığa çağırır

İran lideri əməkdaşlığa çağırır


4-02-2016, 08:31
İran lideri əməkdaşlığa çağırır
İranın Ali dini lideri Ayatollah Ali Khamenei-nin müşaviri enerji məsələlərində Rusiya, İraq və Venesuela ilə sıx əməkdaşlığa çağırıb.

“İranla Rusiya enerji sektorunda rəqabət aparmamalı, bir-birilə əməkdaşlıq etməlidirlər”, Ali Akbar Velayati fevralın 3-də Moskvada deyib. “Mövqeyimiz belədir ki, İran, Rusiya, Venesuela və İraq kimi ölkələr enerji bazarıyla bağlı daha sıx əlaqə saxlamalı, məsləhətləşmələr aparmalıdırlar”.

Rusiya daha öncə OPEC neft karteli ilə koordinasiyanı gücləndirməyə səsləyib, neft istehsalının azaldılmasının mümkünlüyünü də bildirib.

Ancaq OPEC üzvü olan İran istehsalın azaldılması cəhdlərinə qarşı çıxır.

Venesuela isə Rusiya ilə məsləhətləşmələr vasitəsilə istehsalın məhdudlaşdırılması səylərinə rəhbərlik edir.

Geri qayıt