Əsas Səhifə > Dünya > FBI farsca Facebook açıb, agent axtarır

FBI farsca Facebook açıb, agent axtarır


3-02-2016, 08:25
FBI farsca Facebook açıb, agent axtarır
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI) farsca Facebook səhifəsi açaraq keçmiş agenti Robert Levinson-un sorağına çıxıb. O, 2007-ci ildə İranın Kiş adasına səfər zamanı itkin düşüb.

Yanvarda açılmış səhifədə birbaşa İran ictimaiyyətinə müraciət olunur, Levinson barədə məlumat istənilir.

Səhifədə Levinson-un bir neçə fotosu və haqqında bilgi yerləşdirilib.

The Associated Press xəbər verir ki, ərəb və urdu dillərində də oxşar səhifələr açılacaq.

Facebook İranda qadağan olunub, ancaq çoxları antifiltrasiya alətləri ilə bu sosial şəbəkəyə daxil ola bilirlər.

FBI Levinson-un sağ-salamat dönüşünə gətirəcək informasiya üçün 5 milyon dollar mükafat da təyin edib.

Geri qayıt