Əsas Səhifə > Dünya > Dolların möhkəmlənməsi ABŞ iqtisadiyyatını da gerilədib

Dolların möhkəmlənməsi ABŞ iqtisadiyyatını da gerilədib


30-01-2016, 09:53
Dolların möhkəmlənməsi ABŞ iqtisadiyyatını da gerilədib
ABŞ-da Ümumdaxili Məhsul (ÜDM) 2014-cü illə müqayisədə ötən ilin 4-cü rübündə 0.7 faiz artıb. ANS PRESS-in məlumatına görə, ümumilikdə isə ÜDM 2015-ci ildə 2.5 faiz artıb. Yeni açıqlanmış statistika iqtisadi artım tempinin əvvəlki rübdlə müqayisədə xeyli aşağı düşdüyünü əks etdirir.

ABŞ Ticarət Nazirliyinə görə iqtisadi artımın zəifləməsinə təsir göstərən amillərdən biri istehlakçı xərclərinin azalmasıdır. Dolların möhkəmlənməsindən sonra ABŞ məhsulları ölkə xaricində xeyli bahalaşdığından ixracat həcmi də xeyli aşağı düşüb.

Enerji sektorunun investisiyası isə sürətlə azalmağa davam edir. Mədənlərin kəşfi və qazıntı işlərinə qoyulan sərmayə 38.7 faiz geriləyib.

Ümumilikdə enerji sektoruna qoyulan investisiya 2015-ci ildə 35 faiz azalıb. Bu, 1986-cı ildən bəri ən böyük azalmadır. İstehlak xərclərinin azalmasına təsir göstərən digər amil kimi, havaların mövsümə uyğun olmayan şəkildə mülayim keçməsi göstərilsə də, bunun müvəqqəti faktor olduğu qeyd olunub.

Geri qayıt