Əsas Səhifə > Dünya > Rusiya hökumət nümayəndəsi Türkiyəyə gedir

Rusiya hökumət nümayəndəsi Türkiyəyə gedir


21-01-2016, 08:42
Rusiya hökumət nümayəndəsi Türkiyəyə gedir
Aralarında yaşanan hərbi təyyarə qalmaqalından sonra ilk dəfə Rusiyanın hökumət nümayəndəsi Türkiyəyəfər edəcək.

Rusiya xarici işlər nazirinin müavini Vasiliy Nebenzyanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İstanbul şəhərindəki ofisinə baş çəkəcəyi bildirilir.

QDİƏT-in verdiyi məlumata görə, Vasiliy Nebenzya təşkilatın sədrliyi missiyasını yerinə yetirən ölkə kimi prioritetlərini açıqlayacaq və daha sonra Rusiya nümayəndəsinin mətbuat konfransı keçirəcəyi gözlənilir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 25 iyun 1992-ci ildə İstanbulda Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukraynanın Dövlət və Hökumət başçıları tərəfindən Zirvə Bəyannaməsinin imzalanmasından sonra yaranıb.

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.

Geri qayıt