Əsas Səhifə > Dünya > BBC jurnalistini ABŞ-a buraxmadılar

BBC jurnalistini ABŞ-a buraxmadılar


20-01-2016, 09:56
BBC jurnalistini ABŞ-a buraxmadılar
BBC-nin fars xidməti əməkdaşı İranda doğulduğu üçün ABŞ-a uça bilməyib.

Rana Rahimpour adlı jurnalist yanvarın 19-da tvitterdə yazıb ki, Londonun Heathrow aeroportunda onun uçuşuna icazə verilməyib. Yeni qaydaya görə, ikili, İran, İraq, Suriya və ya Sudan vətəndaşlığı olan Avropa Birliyi vətəndaşları, yaxud son 5 ildə həmin ölkələrə səfər edənlər viza almalıdırlar. Həmin qaydalar ötən ay, Paris və San Bernardino hücumlarımdan sonra qəbul olunub.

Rahimpour Nyu Cersi ştatına qohumlarına ziyarətə getdiyini yazıb.

İranda doğulmuş Rahimpour Britaniya vətəndaşıdır.

O, yeni qaydaları “çox ədalətsiz” adlandırıb.

Geri qayıt