Əsas Səhifə > Dünya > 32 PKK yaraqlısı öldürülüb

32 PKK yaraqlısı öldürülüb


11-01-2016, 08:48
32 PKK yaraqlısı öldürülüb
Ötən həftəsonu Türkiyə təhlükəsizlik qüvvələri 32 şübhəli PKK yaraqlısını öldürüb.

Qadağan olunmuş qrupun 12 üzvü Van vilayətində öldürülüb. Daha 20 yaraqlı isə ölkənin İraqla sərhədi yaxınlığında qətlə yetirilib.

Rəsmilər bir türk əsgəri və bir polis zabitinin yanvarın 10-da Diyarbakirdə güllələndiyini bildirir. Bu vilayətdə daha çox kürdlər yaşayır.

Dekabrın ortasından bəri PKK üzvlərinə qarşı hərbi əməliyyatlarda 448 PKK üzvü öldürülüb.

Geri qayıt