Əsas Səhifə > Dünya > Yəhudi jurnalist Netanyahuya müraciət etdi:

Yəhudi jurnalist Netanyahuya müraciət etdi:


26-12-2015, 10:22
Yəhudi jurnalist Netanyahuya müraciət etdi:
Məhşur “Newsweek” jurnalında "Türkiyə-İsrail sülhü hər iki tərəfin faydasına olacaq” başlıqlı yazı dərc olunub.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu yazını “Newsweek” jurnalının yəhudi əsilli jurnalisti Zvi Barrel yazıb.

İsrailli jurnalist Zvi Barrel "Türkiyə-İsrail sülhü hər iki tərəfin faydasına olacaq” başlıqlı yazıyla İsrailin baş naziri Benyamin Netanyahuya müraciət edib: “Ərdoğandan dərs al, Qəzza blokadasını dərhal aradan qaldır. Bu bizim xeyirimizə olacaq”.

Bir müddət əvvəl də eyni cür yazıyla İsraildə dərc olunan “Haaretz” qəzetində də çıxış edən Zvi Barrel öz təhlilində Ərdoğanın ölkəsinin maraqlarını düşündüyü üçün problemə praqmatik yanaşdığını bildirib.

İsrailin də Türkiyəyə ehtiyacı olduğu yazan yəhudi jurnalist qeyd edib ki, Netanyahu da eyni şəkildə hərəkət etməlidir. Qəzza mühasirəsinin qaldırılmasının Türkiyəyə edilən bir kompromis olduğunu yazan Zvi Barrel İsrailin bu addımı atmaq məcburiyyətində qaldığını verğulayıb.

Geri qayıt