Əsas Səhifə > Dünya > "Rusiya Sovet İttifaqını qaytarmağa çalışmır, ancaq heç kəs də buna inanmaq istəmir"

"Rusiya Sovet İttifaqını qaytarmağa çalışmır, ancaq heç kəs də buna inanmaq istəmir"


21-12-2015, 09:10
"Rusiya Sovet İttifaqını qaytarmağa çalışmır, ancaq heç kəs də buna inanmaq istəmir"
Prezident Vladimir Putin deyir ki, Rusiya Sovet İttifaqını qaytarmağa çalışmır, ancaq “heç kəs də buna inanmaq istəmir”.

“Ukraynada və keçmiş SSRİ-nin digər yerlərində Qərb tərəfdaşlarımız, əminəm ki, Ukraynanın maraqlarına uyğun hərəkət etmir. Onlar SSRİ-nin bərpasını əngəlləməyə çalışırlar”. Putin bunları dekabrın 20-də yayımlanan “Dünya Düzəni” adlı sənədli filmdə deyir.

“Ancaq heç kəs bizə inanmaq istəmir, heç kəs inanmaq istəmir ki, biz Sovet İttifaqını qaytarmağa çalışmırıq”, Putin sözlərinə əlavə edib.

Rusiya ötən ilin martında Krımı ilhaq edəndən sonra Moskvanın Qərblə münasibətləri pisləşib.

Ukraynanın şərqində separatçılarla münaqişədə 9 mindən çox insan həlak olub.

Geri qayıt