Əsas Səhifə > Dünya > ABŞ İraq kürdlərinə silah göndərir

ABŞ İraq kürdlərinə silah göndərir


18-12-2015, 08:41
ABŞ İraq kürdlərinə silah göndərir
ABŞ-ın Müdafiə naziri Ashton Carter dekabrın 17-də İraqın avtonom kürd regionunun paytaxtı Ərbilə baş çəkib. O, kürd prezidenti Masud Barzani, İslam Dövləti qruplaşması ilə vuruşan koalisiyanın komandirləri ilə görüşüb. Nazir ABŞ xüsusi əməliyyat qüvvələri ilə də görüşüb və əsgərlərlə nahar edib.

Carter-in sözlərinə görə, Barzani onu əmin edib ki, kürd qüvvələri koalisiyanın Mosulu geri almaq səylərinə qoşulacaq. İD Mosula ötən ildən nəzarət edir.

Müdafiə naziri onu da deyib ki, ABŞ-ın kürdlərə növbəti böyük silah göndərişi ilə iki kürd briqadası da silahla tam təmin olunacaq. Onun sözlərincə, təchizat bir neçə həftəyə kürdlərə çatdırılacaq.

Birləşmiş Ştatlar daha öncə gözləyirdi ki, kürdlər iki yeni briqadaya təlim keçdikdən sonra silahları göndərsin. Rəsmilər deyir, Carter onlarla görüşdən sonra əminlik qazanıb və avadanlığı tez göndərmək qərarına gəlib.

Geri qayıt