Əsas Səhifə > Dünya > ABŞ bu ölkələrdə olanlara qadağa qoyur

ABŞ bu ölkələrdə olanlara qadağa qoyur


17-12-2015, 08:53
ABŞ bu ölkələrdə olanlara qadağa qoyur
İraq, İran, Suriya və Sudanda olmuş şəxslərin Birləşmiş Ştatlara getməsinə məhdudiyyətlər qoyulacaq. Müvafiq qanun layihəsi ABŞ Konqresində müzakirəyə çıxarılacaq.

Konqres liderləri dekabrın 16-da bildiriblər ki, terrorçuların yuvası sayılan həmin 4 ölkədə olmuş 38 ölkə vətəndaşları qısamüddətli səfərləri üçün də viza almalı olacaq. Əvvəllər belə bir tələb yox idi. Bu ölkələrə Qərbi Avropanın böyük hissəsi də daxildir.

Vizasız proqram iştirakçısı olan ölkələrdən həmçinin tələb olunacaq ki, şübhəli terrorçular barədə məlumatı ABŞ hakimiyyəti ilə bölüşsünlər. Bu layihə artıq ABŞ Nümayəndələr Palatasından keçib və Prezident Obama onu imzalayacağını bildirib.
Bu addım Parisdə ötən aykı terror hücumlarından sonra populyarlıq qazanıb. Belə ki, hücumu təşkil edənlər içində Fransa və Belçika vətəndaşları vardı. Onlar sərbəst halda ABŞ-a səfər edib orda da oxşar hücumlar təşkil edə bilərdilər.

Hələlik Senat layihəni səsverməyə çıxarmasa da, onun Miladda öncə Konqresdə qəbul olunacağı gözlənir.

Geri qayıt