Əsas Səhifə > Dünya > İsraildən İran çağırışı

İsraildən İran çağırışı


3-12-2015, 08:57
İsraildən İran çağırışı
İsrail İranın nüvə fəaliyyətinin daha artıq araşdırılmasına çağırır. BMT-nin nüvə agentliyinin yaydığı hesabata görə, İran 2009-cu ilədək nüvə bombasının hazırlanmasıyla məşğul olub.

“Beynəlxalq Atom Enerjisi Agentliyinin tədqiqatı göstərir ki, İran, şübhəsiz nüvə silahı hazırlanması üçün gizli layihə həyata keçirib, fırıldaq və gizlətmə texnikasından faydalanıb,” bunu İsrailin baş naziri Benjamin Netanyahu dekabrın 2-də, hesabat yayılandan sonra deyib.

“İsrail beynəlxalq ictimaiyyəti tədqiqatı dərinləşdirməyə… İranın gizli nüvə silahı hazırlamamasını təmin etmək üçün bütün vasitələrdən istifadə etməyə çağırır,” Netanyahu deyib.

İsrail iyulda İranın dünya gücləri nüvə sazişi əldə etməsinə qətiyyətlə qarşı çıxırdı.

BMT-nin nüvə fəaliyyətinin hesabatında deyilir ki, 2009-cu ilədək “nüvə partlayıcı qurğusunun hazırlanmasıyla bağlı bir sıra işlər” həyata keçirilib.

Geri qayıt