Əsas Səhifə > Dünya > Əl-Qaidə terrorçuları 3 döyüşçünü əsir götürdü

Əl-Qaidə terrorçuları 3 döyüşçünü əsir götürdü


20-11-2015, 09:21
Əl-Qaidə terrorçuları 3 döyüşçünü əsir götürdü
“Əl Qaidə”nin Suriyadakı qolu sayılan “Cəbhə ən Nüsra” terrorçu qruplaşması 3 livanlı döyüşçünü əsir götürdüyünü əks etdirən videogörüntü yayıb. ANS PRESS-in məlumatına görə, videoda qruplaşmanın üzvü Hizbullah üzvləri olduğu deyilən livanlıları Hələb yaxınlığında ələ keçirdiklərini bildirir. Girovlardan biri livanlı olduğunu təsdiq edib və Hələbdə terrorçulara qarşı savaşmaq üçün ona 700 dollar verdiklərini bildirib.

Əsir Hələbi ələ keçirmək uğrunda döyüşlərdə daha çox İran, İraq və Livandan olan döyüşçülərin iştirak etdiyini, Suriya ordusundan olan əsgərlərin azlıq təşkil etdiyini bildirib.

İkinci əsir da dindirilən zaman, bölgədə demək olar ki, Suriyalı hərbçilərə rast gəlmədiyini və Hizbullah döyüşçülərinin əməliyyatlarına iranlıların rəhbərlik etdiyini bildirib. Livan mediası 3 döyüşçünün əsir götürülməsinə cavab olaraq, Hizbullahın əməliyyat keçirərək Nüsra Cəbhəsinin liderlərindən birini yaxaladıqlarını bildirsə də, nə “əl Qaidə” nə də Hizbullah bu məlumatın doğruluğunu təsdiq etməyib. Əsir götürülmüş əsgərlərin gələcək aqibəti hələlik məlum deyil.

Geri qayıt