Əsas Səhifə > Dünya > Parisdə növbəti dəfə qorxu dolu anlar

Parisdə növbəti dəfə qorxu dolu anlar


16-11-2015, 09:05
Parisdə növbəti dəfə qorxu dolu anlar
Fransanın paytaxtı Parisdə ötən həftə baş vermiş terror nəticəsində dünyasını dəyişənlərin anıldığı mərasimdə qorxu dolu anlar yaşanıb. ANS PRESS-in məlumatına görə, Parisin Respublika meydanında qurbanlar üçün şam yandıran və çiçəklər düzən izdihamda bir anda təşviş yaranıb. Buna, ətrafdan gələn və partlayışa bənzəyən səsin səbəb olduğu bildirilir.

Səsi eşidən Paris sakinləri təşvişlə hadisə yerindən uzaqlaşmağa çalışırlar. Onlardan bəziləri hətta şamları və çiçəkləri tapdalayaraq qaçmağa çalışır. Bir müddət sonra isə hadisənin səhv anlaşılma ucbatından baş verdiyi məlum olub.

Noyabrın 13-də cümə gününün gecəsi Fransanın paytaxtı Parisdə yüzlərlə insanın ölümü və yaralanması ilə nəticələnən 6 terror hadisəsi baş vermişdi. Terakt nəticəsində 132 nəfər ölmüş, 349 nəfər isə yaralanmışdı.

Faktla bağlı keçirilən əməliyyatlar zamanı 7 terrorçu da məhv edilmişdi. Hadisənin məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü.


Geri qayıt