Əsas Səhifə > Dünya > İran təbii qaz məsələsində İraqla anlaşa bildi

İran təbii qaz məsələsində İraqla anlaşa bildi


12-11-2015, 08:51
İran təbii qaz məsələsində İraqla anlaşa bildi
İran 2017-ci ildən başlayaraq İraqa təbii qaz ixracını ikiqat artırır. Bu barədə noyabrın 11-də saziş imzalanıb.

Sazişə görə, İraqın Bəsrə şəhərinə günə 20-35 milyon kubmetr qaz göndəriləcək. Daha öncə iki ölkə 2013-cü ildə Bağdada qaz ixracı barədə kontrakt imzalamışdı.

İranın neft nazirinin müavini Hamid Reza Araghi deyib ki, altı-illik kontrakt yeni kəmərlərin və digər obyektlərin çəkilməsini nəzərdə tutur.

“Qiymət Bağdad kontraktındakına oxşardır,” o, deyib.

Bağdad kontraktı günə 25 milyon kubmetr qazın ixracını nəzərdə tuturdu və illik dəyəri 3.7 milyard dollar (3.4 milyard avro) idi.

İran təbii qaz ehtiyatlarına görə dünyada ikinci yeri tutur. Bu ölkədə gündə 600 milyon kubmetr qaz istehsal olunur.

Geri qayıt