Əsas Səhifə > Dünya > Suriya ordusunun İŞİD üzərində ciddi qəlbələrindən ilki...

Suriya ordusunun İŞİD üzərində ciddi qəlbələrindən ilki...


11-11-2015, 08:46
Suriya ordusunun İŞİD üzərində ciddi qəlbələrindən ilki...
Suriya əsgərləri ölkənin şimalında yerləşən hava bazasına doğru hücuma keçib və bu bazanı İslam Dövləti silahlı qruplaşmasından mühasirəsindən çıxarıb. Məlumatı noyabrın 10-da dövlət televiziyası yayıb.

Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı bildirib ki, əsgərlər Hələbdəki Kweires hava bazasına çatıb və İD-nin 2012-ci ilin dekabrından qurduğu mühasirəni yarıb.

Bu, Rusiya prezident Bashar al-Assad-a dəstək məqsədilə hərbi kampaniyaya başlayandan Suriya ordusunun ən böyük qələbəsidir. Suriya əsgərlərinə həmin əməliyyatda İran qüvvələri, Livan Hizbullah döyüşçüləri də dəstək verib.

İD bazanı ələ keçirmək üçün maydan bəri dəfələrlə cəhdlər edib.

Mühasirədən yüzlərlə əsgər azad olunub. Onlardan bəziləri televiziya vasitəsilə ordunu və Assad-ı alqışlayıblar.

Geri qayıt