Əsas Səhifə > Dünya > “Rusiya ilə əlaqəmiz mətbuat yoluyla deyil”

“Rusiya ilə əlaqəmiz mətbuat yoluyla deyil”


9-11-2015, 09:30
“Rusiya ilə əlaqəmiz mətbuat yoluyla deyil”
“Rusiya mətbuatındakı, “arbitraj olmadan da problemi həll edərik” açıqlamasını müsbət hal kimi qəbul edirik. Amma bu ölkə ilə münasibətlərimiz mətbuat yoluyla deyil." ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Əli Rza Alaboyun deyib. Nazir Alaboyun Rusiyanın “Akkuyu” Atom elektrik stansiyası üçün 3 milyard dollar investisiya qoyduğunu, amma lazım olan dəyişikliklər həyata keçirilmədiyindən bunun sadəcə liman və oxşar yerlərə sərf olunduğunu deyib.

“Tikintiyə başlayın desək, əvvəl “Sahilboyu qanunu” barədə dəyişikliklər olmalıdır. Amma hökumətin qurulmaması və komitələrin yaradılmaması səbəbindən bunu edə bilmədik. 7 iyundan sonrakı vəziyyət müvəqqəti idi və noyabrın 1-də başa çatdı. 7 iyundan sonra bazarda gündəlik 40-50 milyon dollar sperkulasiya olunaraq ucuzlaşdırılıb – bahalaşdırılırdı. Seçkidən sonra dollar/lirə nisbəti 2.80-ə qədər gerilədi. Hesab edirəm ki, hökumətin qurulması ilə dollar daha da ucuzlaşacaq. Bundan başqa, coğrafi baxımdan da qaynar bölgədəyik və belə qaynar bir bölgəqə istiqrar, sabitlik və demokratiyanı təsis etməliyik. 1 noyabr ilə 7 iyunun fərqini burada daha yaxşı görürük. İstiqrar baxımından 1 noyabr bizə daha geniş imkanlar verəcək.”

Rusiyanın təklif etdiyi “Türk Axını” layihəsinin Türkiyəyə 15.75 milyard kubmetr təbii qaz gətirəcəyini xatırladan nazir Qərb kəmərindən də 14 milyard kubmetr gəldiyini və aradakı həcm fərqi üçün hökumətlər arası razılaşmanın parlamentdə qəbul edilməli olduğunu deyib.

“Türk Axını” layihəsində qəbul olunacaq bəzi qərarların da hökumətlər arası razılaşmaya təsir edəcəyini vurğulayan Alaboyun, 1 noyabr seçkisinin nəticələrinin “Türk Axını” ilə əlaqədar baş vermiş qeyri-müəyyənliyi həll edəcəyini deyib.

Türkiyə ilə Rusiya arasında təbii qazın qiymətindəki qeyri-müəyyənlikdən də danışan nazir Alaboyun daha əvvəl razılığa gəlinən 10.25%-lik endirimi imzalamaq üçün Rusiyaya müraciət etdiklərini, amma razılaşmanın imzalanmadığını bildirib.

Nazir, Rusiya rəsmilərinin mətbuata verdiyi, “Arbitraja getmədən də problem həll olunardı” bəyanatını müsbət hal kimi qarşıladıqlarını deyib: “Biz heç bir vaxt Rusiya ilə mətbuat vasitəsi ilə münasibət qurmamışıq. Bu cür bəyanatları müsbət qarşılayırıq. Amma bu cür açıqlamalar bizə göndərilmiş rəsmi müraciət hesab olunmaz. Bizə göndərilmiş rəsmi bir müraciət yoxdur. Onsuz da 10.25%-lik endirim dəqiqdir. Biz daha yuxarı tələb üçün arbitraj müraciəti etdik və burdan lehimizə qərar çıxacağına ümidvarıq.”

Rusiyanın daha əvvəl razılığa gəlinən 10.25%-lik endirimin imzalanması tələbi ilə gələcəyi təqdirdə Türkiyənin bu razılaşmanı imzalayacağını deyən Alaboyun artıq “BOTAŞ”ın arbitraj hakimi təyin etdiyini və Rusiya tərəfinə məlumat verildiyini qeyd edib.

Türkiyənin enerji və təbii sərvətlər naziri Əli Rza Alaboyun oktyabrın 27-də jurnalistlərə verdiyi açıqlama zamanı Rusiyadan alınan təbii qazın qiymətinə görə bu ölkəyə qarşı arbitraj müraciəti etdiklərini bildirmişdi.

Geri qayıt