Əsas Səhifə > Dünya > Dünya liderləri Türkiyədə keçiriləcək G20 zirvə toplantısına qatılacaq

Dünya liderləri Türkiyədə keçiriləcək G20 zirvə toplantısına qatılacaq


27-10-2015, 10:52
Dünya liderləri Türkiyədə keçiriləcək G20 zirvə toplantısına qatılacaq
ABŞ prezidenti Barak Obama Türkiyəyə gedir. ANS PRESS-in məlumatına görə, Obama G-20-nin zirvə toplantısında iştirak edəcək. Ağ ev rəhbərinin səfərinin noyabrın 14-də baş tutacağı gözlənilir.

Ağ evdən verilən açıqlamada qeyd edilir ki, Obamanın planına Türkiyədən başqa Filipin və Malayziyayada səfər etmək daxildir.

"Prezident Obama Türkiyədə güclü, davamlı və balanslı qlobal iqtisadi artımı təmin etmək səylərini dəstəklənəcəyi G 20 Liderler zirvəsinə qatılacaq".
Sammit Antalya şəhərində keçiriləcək.

Toplantıda ABŞ-dan başqa İngiltərə, Rusiya, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Avstraliya, Braziliya, Argentina, Hindistan, Çin, İndoneziya, Səudyyə Ərəbistanı, Cənubi Koreya, Avropa Birliyi Komissiya liderləri də qatılacaq. Ümumilikdə heyətlərlə birlikdə iştirak edənlərin sayı 13 minə yaxın olacaq.

Fillipində o Asiya İqtisadi Əməkdaşlıq zirvəsi, Malayziyada isə ABŞ-ASEAN Zirvəsi və Şərqi Asiya Zirvəsinə qatılacaq.

Xatırladaq ki, bu liderlərin sayca 10-cu toplantısıdır. Avstraliyadan ev sahibliyini təhvil alan Türkiyə gələn il üçün rəhbərliyi Çinə verəcək.

Geri qayıt