Əsas Səhifə > Dünya > Pakistanda Tasua mərasimində terror aktı: onlarla qurban

Pakistanda Tasua mərasimində terror aktı: onlarla qurban


24-10-2015, 10:53
Pakistanda Tasua mərasimində terror aktı: onlarla qurban
Dünən Pakistanın şimal qərbində yerləşən Sind əyalətinin Ceykobad şəhərində Kərbəla şəhidlərinin xatirəsinə keçirilən Tasua mərasimində kamikadze terrorçu özünü partladıb. Terror nəticəsində 22 nəfər həlak olub, 40-a yaxın insan həlak olub.

Ölənlərin arasında qadın və uşaqlar da var.

Bu, son bir həftədə Pakistanda həyata keçirilən üçüncü terror hadisəsidir. Ölkənin Bəlucistan əyalətindəki məsciddəki partlayış nəticəsində 10 nəfər, əyalətin mərkəzi Kuetta şəhərində sərnişin avtobusundakı minanın partladılması nəticəsində isə 11 nəfər həyatını itirmişdi.
Hələ ki, heç bir silahlı qruplaşma terrorda məsiuliyyəti öz üzərinə götürməyib.


Geri qayıt