Əsas Səhifə > Dünya > Xorvatiya miqrantlara icazə verdi

Xorvatiya miqrantlara icazə verdi


20-10-2015, 09:03
Xorvatiya miqrantlara icazə verdi
Xorvatiya Serbiya ilə sərhədinə toplaşmış minlərlə miqranta ərazisinə keçməyə icazə verib. 3 min miqrant günlərdir soyuq və nəm havada gözləyirdi. BMT-nin Qaçqınlar üzrə Agentliyinin (UNHCR) sözçüsü Melita Sunjic deyib ki, “sərhədlər heç bir elan verilmədən açılıb. Sərhədlər açılan kimi də hamı irəli cumub”.

Ancaq hələ də Xorvatiya-Sloveniya sərhədində xeyli adam qalıb. Qərbi Avropaya gedən yolda yeni qadağalar qoyulandan sonra miqrantlar arasında gərginlik artıb.

Təhlükəsizlik məsələlərini əsas gətirən Macarıstan da Serbiya və Xorvatiya ilə sərhədini bağlayıb. Şimala gedən miqrantlar Xorvatiya və Sloveniya ərazisindən keçməli olurlar.

Geri qayıt