Əsas Səhifə > Dünya > Almaniya 1.5 milyon qaçqın gözləyir

Almaniya 1.5 milyon qaçqın gözləyir


5-10-2015, 08:40
Almaniya 1.5 milyon qaçqın gözləyir
Məlumatlara görə, Almaniya bu il 1.5 milyon qaçqını qəbul etməyə hazırdır. İlkin gözlənti 800 mindən 1 milyonadək idi.

Avropaya gələn yüzminlərlə qaçqın və miqrant Almaniyaya üz tutub. Almaniyanın ən çox satılan “The Bild” qəzeti isə oktyabrın 5-də hökumətin məxfi proqnozunu yayıb.

“Miqrantlarla bağlı təzyiq artacaq. Dördüncü rübdə gündə sərhədin 7-10 min dəfə qanunsuz keçiləcəyini gözləyirik,” Bild həmin hesabata əsasən bildirir.

Bild hazır ki, Almaniya hökuməti əvvəl yaranan problemlərdən narahatdır və yeni gələnlər üçün yetərli saxlanc yerləri və sanitar obyektlər yaratmağa çalışır.

Kansler Angela Merkel deyib ki, Almaniya qaçqınlara sığınacaq vermək öhdəliyini zəiflətmək fikrində deyil.

Geri qayıt