Əsas Səhifə > Dünya > Sərkisyan Rusiya səfərindən əliboş dönməyib...

Sərkisyan Rusiya səfərindən əliboş dönməyib...


8-09-2015, 10:21
Sərkisyan Rusiya səfərindən əliboş dönməyib...
Ermənistan prezidenti Serzh Sarkisian Rusiyaya səfəri nəticəsində 200 milyon dollarlıq imtiyazlı kredit və qazın qiymətində 25 dollar güzəşt əldə edib. Bu barədə prezidentin ofisi sentyabrın 7-də məlumat yayıb.

Yüngül şərtlərlə verilən kredit Ermənistan ordusunun müasirləşdirilməsinə sərf olunacaq. Qazın qiymətinə gəlincə, Ermənistan bundan sonra qazın kubmetri üçün 165 dollar ödəyəcək.

Ancaq Rusiyadan alınan elektrik enerjisinin qiymətində endirim baş verməyib.

Bu məsələ hökumət üçün həssas mövzudur, belə ki, avqustun elektrikin qiymətinin qalxması ölkədə etirazlara səbəb olub.

Vladimir Putin-lə görüşdən öncə Sarkisian demişdi ki, enerjinin qiyməti əsas məsələ olaraq qalır.

Geri qayıt